Sağlamlıq

Şirniyyat yeyəndə kökələnlər mütləq oxusun

25 Avqust 2025 05:05
Baxış: 487
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Artıq çəki almağımıza səbəb olan amillərdən biri də şirniyyatdır.

Milli.Az xəbər verir ki, bəziləri gün ərzində şirniyyat yemədən dayana bilmirlər. Bu bəzən xəstəlik də ola bilir. Bunun üçün şirniyyat həvəsinin nədən yarandığını öyrənmək üçün əvvəlcə həkimə müraciət etməyiniz məsləhətdir.

Əks halda şirniyyat yemək istədikcə, onu başqa kalorisi az olan qidalarla əvəzləməyə çalışın. Qida rasionunuza qara düyü, bulqur, kəpəkli makaronlar, yulaf və quru meyvələr daxil edin. Bunlar sizi tox saxlayacaq.

Əgər ürəyiniz çox şirniyyat istəyərsə, yağ faizi aşağı olan yoqurt yeyin.

Şokolad arzunuzu isə acı şokoladla əvəzləyə bilərsiniz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.