İdman

Azərbaycan güləşçiləri komanda hesabında dünya üçüncüsü oldu

24 Avqust 2025 23:27
Baxış: 266
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bolqarıstanın Samokov şəhərində keçirilən U20 dünya çempionatına yekun vurulub.

Milli.Az xəbər verir ki, Yunan-Roma güləşi üzrə millimiz mötəbər yarışda 1 dəst medal qazanaraq komanda hesabında 90 xal toplayıb və dünya üçüncüsü olub.

Millimiz həm medalların sayı, həm əyarı, həm toplanan xalları, həm də sıralamadakı mövqeyi baxımından son 3 ilin ən yaxşı nəticəsini göstərib.

Qeyd edək ki, komandamızın heyətində Ayxan Cavadov (60 kq) qızıl, Turan Daşdəmirov (55 kq) gümüş, Fəraim Mustafayev (67 kq) isə bürünc medal qazanıb.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.