İdman

Dünya çempionatının vaxtı dəyişdiriləcək? – İnfantinodan yeni açıqlama

10 Oktyabr 2025 10:30
Baxış: 811
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Futbol üzrə dünya çempionatının keçirilmə tarixi ilə bağlı dəyişiklik gündəmdədir.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, FİFA prezidenti Canni İnfantino turnirin ənənəvi olaraq yay aylarında deyil, ilin başqa fəsillərində təşkil olunması ilə bağlı müzakirələrin aparıldığını bildirib.

O, "The Guardian" nəşrinə açıqlamasında qeyd edib ki, iyun və iyul aylarında bir çox ölkələrdə havalar çox isti olur:

"Bəzi regionlarda bu aylarda oynamaq çətindir. Oktyabr və ya mart ayları futbol üçün daha əlverişli hesab oluna bilər."

Qeyd edək ki, 2026-cı il dünya çempionatı ABŞ, Meksika və Kanadada keçiriləcək. Turnirin hazırda 11 iyun - 19 iyul tarixlərində baş tutması planlaşdırılır.

Hüseyn
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.