Serie C-də yeni VAR qaydası oyunda mübahisələrə səbəb oldu.
Milli.Az xəbər verir ki, bu mövsümdən etibarən Serie C-də məşqçilərə hakimlərin qərarlarını VAR vasitəsilə müzakirə etmək imkanı verilib. "Karpi" - "Yuventus U23" oyununda ev sahiblərinin müdafiəçisi topa əllə oynamağa görə ikinci sarı vərəqə aldı.
Bu cür epizodlarda protokola görə yalnız birbaşa qırmızı kartlarda baxıla bildiyindən, "Karpi"nin baş məşqçisi futbolçusuna birbaşa qırmızı kart tələb edərək VAR yoxlanışına müraciət etdi.
Hakim monitoru izlədikdən sonra topun futbolçunun sinəsinə dəydiyini müəyyənləşdirdi və həm ikinci sarı vərəqəni, həm də meydandan qovulma qərarını ləğv etdi.
Milli.Az