Cəmiyyət

Günün qoroskopu: Gördüyünüz işdən asılı olmayraq detallara fikir verin

1 İyun 2020 00:01
11 Şərh     Baxış: 8 661
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - mühüm və önəmli işə başlamayın. Cari, rutin işlərlə kifayətlənin. Alış-veriş, sövdələşmələr üçün münasib zaman deyil. Pul itirmək ehtimalı gəlir əldə etmək şansından artıqdır. İşdə rəhbərliklə münasibətlərdə problemlər yarana bilər.

Nüfuzlu insanlardan birinin sizdən narazı qaldığınızı gözlənilməz şəkildə anlayacaqsınız.

Gördüyünüz işdən asılı olmayraq detallara fikir verin, səliqəli olun. Diqqətsiz davransanız, ciddi problemlərlə qarşılaşacaqsınız. Sevdiyiniz insanın dəstəyinə ehtiyacınız var. Məhz onun sayəsində çətinlikləri dəf edə bilərsiniz.

Buğa - gün mahiyyət etibarilə rəvan və sakitdir. Amma yaşananlar sizi təmin etmir. Emosional fon stabil deyil. Kiçik məsələlərə görə əhvalınızı pozmayın. Davranışınızla özünüzə yeni problemlər yaratmayın.

Günün ikinci yarısında yeni əməkdaşlıqla bağlı razılaşma əldə etmək çətindir. Çoxdankı və etibarlı müttəfiqlərdən biri ilə münasibətlər pisləşə bilər.

Maliyyə məsələlərində ehtiyatlı olun. Riskli investisiyalara aldanmayın, alış-verişdə diqqətli davranın. Nə qədər qənaət etsəniz, bir o qədər yaxşıdır. Yeni biliklər və təcrübə əldə etmək üçün münasib gün deyil. İnformasiya pis əxz olunur, çox məqamlar unudulur.

Əkizlər - səhər saatlarında mürəkkəb, ağır və məsuliyyətli işə başlamayın. Sadə, yorucu olmayan işlə günə başlayın. Yalnız bundan sonra əhəmiyyətli, izafi diqqət tələb edən işlə məşğul olmaq məsləhətdir.

Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla dil tapın. Maraqlı ideyalar nə qədər çox olarsa, yaranan problemləri çözmək bir o qədər asandır.

Münasibətlərdəki qarışıqlıq və mürəkkəbliyi aradan qaldıraraq bütün tərəfləri məmnun edəcək duruma can atın. Yaşam potensialının səviyyəsi yüksəkdir. Əhvalınız pis olmayacaq.

Xərçəng - əlverişli və rahat gündür. Müsbət təmayüllərin təsiri artacaq. Başladığınız işlərdə uğurlara nail ola bilərsiniz. Bunun üçün inadkar və qətiyyətli olmaq yetər. Nüfuzlu insanla işgüzar danışıqlar üçün münasib gündür. Tərəfdaşlığın bütün şərtlərini müzakirə edin. Yalnız bundan sonra dürüst qərar qəbul edə bilərsiniz.

Günün ikinci yarısında yeni işdə qüvvənizi sınayın. Sağlamlıq və kosmetik prosedurlar effektiv olacaq. Yaxınlarınızla ünsiyyətdə həssas, qayğıkeş olun.

Axşam saatlarında tək qalmaq istəyəcəksiniz.

Şir - biznes və ya peşəkar fəaliyyət müstəvisində qərarlar qəbul etməyə tələsməyin. Sonradan çox ağır fəsadlara səbəb ola biləcək səhvlərə yol verə bilərsiniz. Yaxın gələcəklə bağlı planlara dəyişikliklər edin. Yaxın ətrafınızdakı insanlar baş verənlərə heyrətlənsələr də, yolunuzdan sapmayın.

Günün ikinci yarısında sərvaxt və ehtiyatlı olun.

Yaxınlarınızla dil tapmaq çətinləşir. Münaqişələr yaratmayın. Sərt və aqressiv davranmayın. Emosional fon stabilləşəndə sözlərinizə peşman ola bilərsiniz.

Qız - işlərə nə qədər tez başlasanız, bir o qədər yaxşıdır. Saatlar keçdikcə mənfi təmayüllərin təsiri artır. Axşam saatlarına yaxın ciddi problemlər yarana bilər.

Bu səbəbdən də planların reallaşdırılmasını təxirə salmayın.

Günün ikinci yarısında bütün məsələləri müstəqil həll etməyə hazır olun. Tərəfdaş və ya qohumlardan biri ilə ciddi fikir ayrılığı yarana bilər.

Şəxsi münasibətlərdə problemlər yaranır. Həmin çətinliklər bütün diqqəti işlərə yönəltməyə imkan vermir. Maliyyə fonu əlverişsizdir. Xərcləri azaldın, bədxərclik etməyin.

Tərəzi - peşəkar fəaliyyət baxımından əlverişli gündür. İlk baxışdan çox çətin, hətta həlli mümkünsüz təsir bağışlayan problemlərin çözülməsində uğurlar əldə edə bilərsiniz. Anlaşma, sövdələşmə, uzunmüddətli əməkdaşlığı nəzərdə tutan razılaşma üçün pis gün deyil

Günün ikinci yarısında işgüzar və şəxsi münasibətləri bərpa etmək olar. Münaqişələrlə qarşıdurmaları unudaraq indiyədək yola getmədiyiniz insanlarla dil tapmaq olar.

Yeni tanışlıqlar istisna deyil. Birlikdə çalışdığınız insanlarda özünüzlə bağlı müsbət rəy yaratmağa çalışın. Yeni gəlir mənbələri tapa bilərsiniz. Maliyyə problemlərinin çözümünü ertələməyin.
 

Əqrəb - qərar qəbul edərkən tələskənliyə yol verməyin. İndi yaranmış situasiyanı dürüst qiymətləndirmək asan olmadığından yanlışlıq və səhv ehtimalı artır. Yaxın ətrafınızdakı insanlar sizə həvəslə məsləhətlər verirlər. Amma deyilənlərin hamısına qulaq asmayın.

Günün ikinci yarısında gərək bildiyiniz kimi davranaraq qərar verin.

Axşam saatları sakit istirahət, yorucu olmayan ev işləri, xoş insanlarla ünsiyyət üçün münasibdir. Gəzintiyə çıxın və bu minvalla başağrısı, yuxusuzluqdan qurtulun.

Oxatan - işgüzar danışıqlar, mühüm məsələlərin müzakirəsi üçün əlverişli zamandır. Həmfikirlər və müttəfiqləri asanlıqla tapa bilərsiniz. Mövqeləriniz səhih, arqumentləriniz inandırıcı olsun. Qarşı tərəfdə özünüzlə bağlı müsbət rəyin formalaşmasına çalışın.

Günün ikinci yarısında ideyalarınızdan birini reallaşdıraraq əhəmiyyətli gəlir əldə edə bilərsiniz.

Şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri artır. Təşəbbüskar olun, rəqibləri üstələməyə çalışın. Sizi dəstəkləyəcəklər. Yaradıcılıq potensialının səviyyəsi yüksəkdir. Təxəyyülünüzü işə salın.

Oğlaq - neytral gündür. Əvvəlcədən hazırladığınız plan üzrə işləyin. Yarımçıq işləri başa vurun. Əsas məsələləri ikinci dərəcəli məqamlardan ayırın. Diqqətinizi xırda, dəyərsiz təfərrüatlar məşğul etməsin. Məqsədə çatmaq üçün qətiyyətlə, inadla çalışın.

Günün ikinci yarısında əyləncə və istirahət istəklərini ertələyin. Yaxın ətrafınızdakı insanlar sizdən aktiv fəaliyyət, möhkəm iş tələb edirlər. Yaşam potensialınızın səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər yaranmayacaq.

Dolça - ambisiyalarınızın bəzilərinin reallaşmasına imkan verən yaxşı gündür. Karyera müstəvisində irəliləmək imkanları var. Daha yüksək maaşa və yaxşı vəzifəyə layiq olduğunuza rəhbərliyi inandırın. Ya da gözləntilərinizə cavab verən yeni iş yeri tapa bilərsiniz.

Alış-verişdə "statuslu əşyalar" almaq olar.

Günün ikinci yarısında dəvət aldığınız tədbirə qatılın. Maraqlı tanışlıqlar istisna deyil.

Balıqlar - xırda məsələlərə görə narahat olmayın. Əlverişli və rahat gündür. Hərgah hansısa işlər əvvəlcədən müəyyənləşdirdiyiniz məcra üzrə getmirsə, təşvişə düşməyin. Problemləri həll etmək mümkündür. Yaşamınızda ciddi dəyişikliklər dövrü çatıb. Yeni iş yeri aramaq və ya məqsədlərə çatmaq üçün yeni planlar qurmaq olar.

Günün ikinci yarısında səhhətinizlə bağlı problemlər yarana bilər. Allergik reaksiyalar ehtimalı böyükdür. Adi günlərdən fərqli olaraq iylərə daha həssas olacaqsınız.

Axşam saatları sakit və xoş keçəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.