Cəmiyyət

Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı

30 Aprel 2020 21:59
2 Şərh     Baxış: 1 564
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı aprelin 30-na olan statistik göstəriciləri açıqlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 5 700 test edilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 143 079 test aparılıb.

Xatırladaq ki, bu gün Azərbaycanda daha 38 nəfər koronavirusa yoluxub, 58 nəfər müalicə olunaraq sağalıb, bir nəfər isə vəfat edib. Ölkədə indiyədək ümumilikdə koronavirusa 1 804 yoluxma aşkarlanıb. Onlardan 1 325-i sağalıb, 24-ü ölüb. Hazırda aktiv xəstə sayı 455-dir.

Həmin şəxslərdən 17 nəfərin vəziyyəti ağır, 24 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.