Cəmiyyət

Bakıda quldurluq edən keçmiş məhkum saxlanıldı

23 Aprel 2020 20:34
0 Şərh     Baxış: 715
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Quldurluq etməkdə şübhəli bilinən Ağdam rayon sakini A.Quliyev saxlanılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, aprelin 22-də DİN-in "102" Zəng Mərkəzinə müraciət edən Kürdəmir rayon sakini S.Süleymanova Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində bir nəfərin onu bıçaqla hədələyib 50 manat pulunu aldığını bildirib.

Müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib. Quldurluğu törətməkdə şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş A.Quliyev Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən hadisə yerinin yaxınlığında saxlanılıb.

Binəqədi RPİ-də araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.