Cəmiyyət

Koronavirus xəstələrinə evdə necə baxılmalıdır?

11 Aprel 2020 08:12
0 Şərh     Baxış: 1 517
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirusa yoluxan xəstəyə evdə baxılırsa, o, ayrı otaqda saxlanılmalıdır.

"HaberGlobal"ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyinin yaydığı tövsiyə məktubunda bildirilib.

Xəbərdarlıqda ev və əl təmizliyinə xüsusi diqqət ayrılmasının vacibliyi vurğulanıb. Bundan başqa, səhhətində problem olan, o cümlədən immuniteti zəif və yaşlı insanlar həmin evdə qalmamalıdır.

Evə qonaq qəbulu yolverilməzdir.

Xəstəyə baxan ailə üzvü onun dərmanlarını vaxtlı-vaxtında qəbul etməsinə, asqırma və öskürmə zamanı birdəfəlik kağız dəsmaldan istifadə etməsinə, əl gigiyenasına diqqət göstərməli, onun istirahət etməsini, bol miqdarda maye qəbulunu, yeməyini vaxtlı-vaxtında yeməsini təmin etməli, nəfəs almada problem yarandıqda isə təcili yardıma xəbər verməlidir.

Ailə üzvləri ilə eyni otaqda olduqda tibbi maska taxılmalı, əl və üzə toxunulmamalı, otaqdan çıxdıqda isə dərhal maska atılmalı və əllər yuyulmalıdır.

Mümkün olduğu qədər xəstə ayrı ayaqyolu və hamamdan istifadə etməlidir.

Xəstənin tez-tez toxunduğu, təmas etdiyi yerlər gündə azı bir dəfə sabunlu və ya yuyucu toz olan su ilə təmizlənməli, xüsusi məhlul ilə dezinfeksiya edilməlidir.

Xəbərdarlıqda xəstə baxıcılarına öz səhhətlərində baş verən dəyişiklikləri də diqqətdə saxlamaları tövsiyə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.