Cəmiyyət

Hemofiliya və talassemiya xəstələrinin registri qaydasına dəyişiklik edildi

10 Aprel 2020 20:50
0 Şərh     Baxış: 806
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Hemofiliya və talassemiya irsi qan xəstəlikləri olan şəxslərin registrinin yaradılması və aparılması Qaydası"nın təsdiq edilməsi haqqında" qərara dəyişiklik edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, indiyədək hemofiliya irsi qan xəstəliyi olan şəxslərin registri akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının nəzdindəki Respublika Hemofiliya Mərkəzində, talassemiya irsi qan xəstəliyi olan şəxslərin registri isə B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda yaradılırdı.

Dəyişikliyə əsasən, hemofiliya irsi qan xəstəliyi olan şəxslərin registri akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının nəzdindəki Respublika Hemofiliya Mərkəzində, talassemiya irsi qan xəstəliyi olan şəxslərin registri isə Milli Hematologiya və Transfuziologiya Mərkəzində yaradılacaq.

Eyni zamanda Azərbaycan Respublikasının ərazisində hemofiliya və talassemiya xəstəliyinə düçar olmuş şəxslərə ixtisaslaşdırılmış tibbi yardım akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında, Milli Hematologiya və Transfuziologiya Mərkəzində, Respublika Uşaq Klinik Xəstəxanasında, Gəncə və Şəki rayonlararası qanköçürmə mərkəzlərinin nəzdindəki qanın irsi xəstəliklərinin müalicəsi üzrə gündüz stasionarlarında göstəriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.