Cəmiyyət

Şirvanşahlar sarayında ilk dəfə online tamaşa nümayiş olunacaq

2 Aprel 2020 15:27
0 Şərh     Baxış: 770
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aprelin 3-də saat 12:00-da İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi "İçərişəhər" Muzey Mərkəzi Şirvanşahlar sarayında #MuseumFromHome heşteqi adı altında "Şirvanşah I Xəlilullah" adlı kiçikhəcmli tamaşa ilk dəfə online nümayiş etdirəcək.

Mərkəzdən Milli.Az-a verilən məlumata görə, tamaşa Mədəniyyət və İncəsənət Universitetinin "Teatr sənəti" fakultəsinin 2 və 3-cü kurs tələbələrinin ifasında səhnələşdirilib.

1 mart 2020-ci il tarixdən etibarən hər şənbə günü "Şirvanşah I Xəlilullah" adlı kiçik həcmli tamaşanın nümayişinə start verilib.

Bu layihədə əsas məqsəd ilk dəfə olaraq teatrı muzeyə gətirməklə tarixi şəxsiyyətləri ziyarətçilərlə məkanında görüşdürmək və sarayın qədim divarları arasında əsrləri qovuşdurmaqdır.

Tamaşanın bir digər maraqlı cəhəti də ondadır ki, burada obrazlar hərdən öz dövründən çıxaraq müasir dövrümüzə düşür, tamaşaçılarla birbaşa interaktiv ünsiyyətdə olurlar. Bu yolla auditoriyaya canlı tarix dərsi keçir, önəmli mesajlar ötürürlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.