Cəmiyyət

BNA: Bütün marşrut xətləri üzrə avtobuslar arası interval sərnişin axınına uyğun tənzimlənəcək

1 Aprel 2020 11:35
0 Şərh     Baxış: 1 621
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı Nəqliyyat Agentliyinin bir neçə gündür həyata keçirdiyi və bundan sonra xüsusi karantin rejimində həyata keçirəcəyi daşımalar adi sərnişin daşımaları deyil.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu açıqlamasında Bakı Nəqliyyat Agentlyinin mətubat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

O bildirib ki, vətəndaşlarda zərurət olmadığı halda evdən çıxmamağı və xususi karantin rejiminə əməl etməyə çağırırıq:

"Həm müntəzam, həm də ekpres marşrut xətləri üzrə avtobuslar arası interval sərnişin axınına uyğun tənzimlənəcək. Eyni zamanda qeyd etmək istəyirəm ki, mümkün sərnişin axının qarşısınının alınması məqsədi ilə, ekpres xətlər üzrə ehtiyat avtobusların xəttə buraxılması da nəzərdə tutulur. Mövcud epidemik vəziyyətdə sərnişin daşımada məqsədimiz, həyat fəaliyyətinin təmin edilməsi baxımından zəruri hesab olunan sahələrdə, xüsusi xidmət sahələri, ərzaq mağazaları, xüsusi xəstəxanalar, karantin məntəqələrində çalışan vətəndaşların daşınmasını təmin etməkdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.