Cəmiyyət

Operativ Qərargahın məlumatı nitq və eşitmə məhdudiyyətli şəxslər üçün hazırlanıb - VİDEO

24 Mart 2020 11:51
Baxış: 1 429
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nazirlər Kabineti yanında operativ qərargahın məlumatı ilk dəfə nitq və eşitmə məhdudiyyətli şəxslər üçün hazırlanıb. 

Milli.Az xəbər verir ki, Təhsil Nazirliyinin İnsan resursları mərkəzi tərəfindən hazırlanmış video çarxda ölkədəki xüsusi rejimlə bağlı məlumatları Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbin müəllimi Könül Quliyeva işarət dilində təqdim edib.

Qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərargahın son məlumatına əsasən, 24 mart tarixindən etibarən ölkədə xüsusi karantin rejimi elan edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.