Cəmiyyət

Gəncədə sosial izolyasiya tədbirləri ilə bağlı maarifləndirmə tədbiri keçirilib - FOTO

20 Mart 2020 12:05
Baxış: 1 048
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gəncədə sosial izolyasiya tədbirləri ilə bağlı maarifləndirmə tədbiri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, koronavirus infeksiyası ilə əlaqədar AzərbaycanRespublikasının Nazirlər Kabineti yanında Operativ Qərərgah tərəfindən 2020-ci il 14 mart tarixdə ölkə ərazisində zəruri sosial izolyasiya tədbirləri tətbiq edilməyə başladığı vaxtdan etibarən Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları da şəhər ərazisində gücləndirilmiş iş rejimində xidmət aparaq həm sahibkarlar, həm dəşəhər sakinləri ilə maarifləndirici söhbətlər aparırlar.

Bundan başqa Baş İdarənin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları sürücüləri ölkənin başqa şəhər və rayonlarından Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna sərnişin daşımalarına martın 19-dan 29-dək qadağa qoyulması ilə bağlı məlumatlandırırlar.

Şəhər sakinləri görülən qabaqlayıcı tədbirləri təqdirəlayiq hal kimi dəyərləndirirlər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.