Cəmiyyət

Azərbaycanda yeni toxum sortlarının yaradılması planlaşdırılır

20 Mart 2020 08:39
Baxış: 871
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda viruslara, quraqlığa və xəstəliklərə daha dayanılı yeni toxum sortlarının yaradılması prosesi başlayacaq.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Dövlət Toxum Fondundan deyiblər.

Mənbənin sözlərinə görə, söhbət "virussuz" kartof toxumlarının istehsalından gedir:

"Yaxın aylarda yeni toxum sortlarının hazırlanmasına başlamaq planlaşdırılır. Bu toxumlar müəyyən dərəcədə daxili bazarın idxaldan asılılığını azaltmağa kömək edəcək və bununla da ölkə daxilində sağlam toxum bazasını təmin edəcək. Bu istiqamətdə yaxın bir ay, ay yarım ərzində başlamaq planlaşdırılır".

Məlumatda qeyd olunub ki, hazırda yeni toxum sortlarının satın alınması ilə bağlı Rusiyanın bir neçə institut və təşkilatı ilə danışıqlar aparılır:

"İndi fermerlərin bu və ya digər kartof sortlarına tələbatı dəqiqləşdirilir və bu təhlillərin və danışıqların nəticəsində Rusiyadan satın alınacaq toxumun həcmlərini dəqiq biləcəyik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.