Cəmiyyət

Sumqayıt şəhərində şadlıq sarayında yanğın baş verib - FOTO

14 Mart 2020 23:38
0 Şərh     Baxış: 2 801
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sumqayıt şəhərinin 17-ci mikrorayonunda yerləşən "Gold Palace" şadlıq sarayında yanğın qeydə alınıb.  

Milli.Az APA-ya istinadən xəbər verir ki, yanğın şadlıq sarayının çardağında tüstü təmizləyici kömür qurğusunda başlayıb.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin 3 texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın dərhal söndürülərək şadlıq sarayının dam örtüyünə və digər sahələrinə yayılmasının qarşısı alınıb.

Xəsarət alan olmayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.