Sumqayıt şəhərinin 17-ci mikrorayonunda yerləşən "Gold Palace" şadlıq sarayında yanğın qeydə alınıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, yanğın şadlıq sarayının çardağında tüstü təmizləyici kömür qurğusunda başlayıb.
Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin 3 texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın dərhal söndürülərək şadlıq sarayının dam örtüyünə və digər sahələrinə yayılmasının qarşısı alınıb.
Xəsarət alan olmayıb.
Milli.Az