Cəmiyyət

Yunus Oğuzun "Ovçu"su və torpaqda doğulan RUH

11 Mart 2020 12:36
Baxış: 1 270
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nizami adına Ədəbiyyat İnstitutunun Ədəbi cərəyanlar sektorunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elnarə Qaragözova Yunus Oğuzun "Ovçu" romanı haqqında bildirib ki, bu roman cəmiyyətdə maraqla qarşılanıb və müxtəlif elmi fikirlər yaranıb: "Roman Aprel döyüşlərinə həsr edilən ilk əsərdir.

Milli.Az olaylar.az-a istinadən xəbər verir ki, tarixi  romanlar müəllifi kimi tanınan Yunus Oğuzun bu əsəri tamamilə yeni bir səpgidə yaranıb. Müəllif əvvəlki romanlarında bizim keçmiş tariximizə nəzər salırdısa, bu əsərində müasir tariximizin işığında keçmişi araşdırıb və bu günümüzlə keçmişimiz arasında körpü yaradıb. Bu roman əslində bizim çağdaş mübarizəmiz haqqında böyük dastandır. Çünki, Aprel döyüşləri bizim üçün bir oyanış məqamıdır. Dövlətimizin, xalqımızın, Ali Baş Komandamızın öz torpaqlarımızı azad etmək əzmini parlaq şəkildə əks etdirib".

E.Qaragözova vurğulayıb ki, "Ovçu" romanı həm də böyük ideoloji mənaya və önəmə malikdir. Artıq bu roman əsasında bir çox tədqiqatlar aparılıb və elmi məqalələr yazılıb: "Bildiyimiz kimi əsərdə üç zaman axını əksini tapıb. Alparslan, Nadir Şah və müasir dövrümüz. Bu dövrlər əsərdə elə yanaşı verilir ki, hər üç dövrdə xalqın qələbəsi təmin edilir. Mən isə deyərdim ki, əsərdə  dörd zaman və dörd Murad obrazı var. Muradın öz babası, usta Murad, xan Murad və Muradın özü. Muradın üzərində qurulan əsərə nəzər saldıqda müşahidə olunan ilk məqam reintarnasiya məsələsidir. Beləliklə, Yunus Oğuz öz əsərində Azərbaycan ədəbiyyatında çox az işlənən bir metodoloji vasitəyə reintarnasiyaya (ruhun yenidən doğulması) müraciət edib. Əsərə nəzər saldıqda aydın olur ki, əslində Muradın qəhrəmanlığı  birdən-birə yaranmayıb, əsrlərdən gələn bir ruh idi. Bu ruhun yenidən doğulmasıdır. Reinternasiya zamanı qəhrəmanın ruhu zaman keçdikcə müəyyən tarixi məqamlarda meydana çıxaraq öz missiyasını yerinə yetirir. Bu əsərdə zaman dəyişsə də məkan dəyişmir. Yunus Oğuz qəhrəmanının reintarnasiyasını Azərbaycanda gerçəkləşdirib. Çünki bu torpaqda həmin missiya başa çatmamışdı. O missiyanı yerinə yetirmək üçün həmin ruh məhz bu torpaqda yenidən doğulmalı idi".

Onun sözlərinə görə, əsərdəki Murad digər muradların sanki bir toplusudur. Lakin əvvəlkilərdən daha mükəmməldir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.