Cəmiyyət

Qazaxıstanda oxumaq istəyənlər üçün proqram elan edildi

4 Mart 2020 15:25
0 Şərh     Baxış: 891
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Qazaxıstanın Elm və Təhsil Nazirliyi 2020-2021-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edir.

Milli.Az xəbər verir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bakalavriat və magistratura pillələri üzrə elan edilən təqaüd proqramının tədris dilləri qazax, rus və ya ingilis dilləridir.

Təqaüd proqramına iddiaçılar cari ilin 5 aprel tarixinədək Təhsil Nazirliyinin elektron ərizə sisteminə (https://www.app.htp.edu.az) müraciət etməlidirlər.

Elektron qeydiyyatı düzgün şəkildə tamamlamış, bu elanın ümumi tələblərinə cavab verən namizədlər fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət olunacaqlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.