Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb. Yolu keçən, 1936-cı il təvəllüdlü Sərəcova Zəhra Əsgər qızını maşın vurub. Piyada dərhal xəsətəxanaya yerləşdilib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az