Cəmiyyət

AMEA-da bəzi kadr təyinatları olub

3 Mart 2020 19:28
0 Şərh     Baxış: 8 110
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) bəzi kadr təyinatları olub.

Akademiyadan Milli.Az-a verilən məlumata görə, Fizika-riyaziyyat elmləri doktoru, professor Ədalət Axundov AMEA Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə tövsiyə olunub. AMEA Radiasiya Problemləri İnstitutunun elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Rəvan Mehdiyeva və institutun elmi katibi, fizika üzrə fəlsəfə doktoru Musa Nuriyev növbəti beş il üçün həmin vəzifələrə tövsiyə olunublar.

Elmi şura tövsiyə olunan namizədlərin müvafiq vəzifələri tutmaları, AMEA Riyaziyyat və Mexanika İnstitutunun təklif etdiyi namizədlərin müvafiq şöbə müdiri, baş elmi işçi və aparıcı elmi işçi vəzifələrinə təsdiq olunmaları barədə qərar qəbul edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.