Cəmiyyət

Nazirlik bu şirkəti 50 min manat cərimələdi

2 Mart 2020 16:36
0 Şərh     Baxış: 1 290
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda ağacları kəsən şirkət cəzalandırılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Sadiq Dərafərin bildirib. O qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb:

"Nizami rayonu, T. Abbasov 5 ünvanında ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. Sözügedən ünvanda aparılan araşdırma zamanı 2 sərv ağacının "Təbriz Center" MMC tərəfindən tikinti işləri aparılan zaman kəsildiyi müəyyən edilib".

Sektor müdiri əlavə edib ki, faktla bağlı akt və protokol tərtib olunub:

"Təbriz Center" MMC-nin hüquqi şəxs qismində 50 000 manat məbləğində cərimə olunması üçün toplanmış materiallar Nizami rayon Məhkəməsinə göndərilib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.