Cəmiyyət

Rusiyanın "Lenta.ru" saytında Xocalı faciəsi barədə xəbər və qurbanların şəkilləri dərc edilib

26 Fevral 2020 15:58
2 Şərh     Baxış: 1 320
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın "Lenta.ru" internet-nəşrində Xocalı faciəsi barədə xəbər və qurbanların şəkilləri dərc edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Qadınlar və uşaqlar qar üstündə qıc olmuş halda ölürdülər" sərlövhəli materialda Azərbaycanın Xocalı şəhərinə hücumdan danışılır, 28 il ötməsinə baxmayaraq, təqsirkarların hələ də cəzalandırılmadığı vurğulanır.

"Qarabağ münaqişəsinin qızğın dövründə Ermənistan silahlı qüvvələri strateji əhəmiyyətə malik şəhəri əvvəlcə mühasirəyə alıb, sonra hücumla ələ keçiriblər. Bu əməliyyat dinc sakinlərin kütləvi qətli ilə başa çatıb. Qətlə yetirilən 600-dən çox azərbaycanlının əksəriyyəti uşaqlar, qadınlar və qocalar olub. Müqəssirlər hələ də tapılmayıb və cəzalandırılmayıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.