Buzlu yolda iki nəfər yıxılaraq ağır xəsarət alıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, dünən axşam saatlarında Qax rayon mərkəzi xəstəxanasına iki nəfər 1965-cü il təvəllüdlü Qax sakini Əliyeva Rəna Eyvaz qızı qolunun sınığı və 1983-cü il təvəllüdlü Eldarov Elməddin Bahəddin oğlu ayağının sınığı diaqnozu ilə qəbul olunub.
Müayinə zamanı onların küçədə gedərkən yol buzlu olduğuna görə yıxılaraq ciddi xəsarət aldıqları məlum olub.
Milli.Az