Cəmiyyət

DİN-in xüsusi bölmələri Salyanda

8 Fevral 2020 23:46
2 Şərh     Baxış: 4 875
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Salyan rayonuna Çevik polis alayının qüvvələri yerləşdirilib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bunu jurnalistlərə Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov deyib.

Onun sözlərinə görə, DİN bu barədə bir neçə gün əvvəl məlumat yaymışdı.

E.Zahidov xatırladıb ki, nazir seçkilərlə əlaqədar fevralın 8-dən 11-dək asayişin və təhlükəsizliyin təmin edilməsi üçün Daxili İşlər Nazirliyinin gücləndirilmiş iş rejiminə keçirilməsi və post-patrul bölmələrinin sayının artırılması barədə əmr imzalayıb.

Xatırladaq ki, dünən sosial şəbəkələrdə Salyan rayonundan deputatlığa namizədlər Fəzail Ağamalı və Kamil Musəvi arasında yaranmış münaqişə ilə bağlı video-görüntülər yayılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.