Cəmiyyət

Türkiyədə təyyarə qəzası "Buta Airways"in işinə təsir etdi

6 Fevral 2020 08:43
0 Şərh     Baxış: 2 031
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sabiha Gökçen aeroportunun baş vermiş insident səbəbindən bağlanması ilə əlaqədar "Buta Airways"in J2-9103 nömrəli reysinin sərnişinləri İstanbul hava limanına çatdırılacaqlar.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Buta Airways"in mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir: "Sabiha Gökçen aeroportunun baş vermiş insident səbəbindən bağlanması ilə əlaqədar "Buta Airways"in J2-9103 nömrəli reysinin sərnişinləri İstanbul hava limanına çatdırılacaqlar.

Sabiha Gökçen aeroportundan Bakıya uçmalı olan sərnişinlər İstanbulun yeni hava limanına avtobuslar vasitəsilə çatdırılacaqlar".

Qeyd edək ki, "Pegasus" aviaşirkətinə məxsus təyyarə Sabiha Gökçen hava limanına sərt eniş edib və zolaqdan çıxaraq yanıb və parçalanıb. Hadisə nəticəsində 3 nəfər həlak olub, 179 nəfər isə xəsarət alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.