Cəmiyyət

Sürücü polis təması azaldılmalıdır - VİDEO

30 Yanvar 2020 16:55
1 Şərh     Baxış: 2 026
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən il sürücülər tərəfindən törədilən inzibati xətaların 65 faizi xüsusi texniki vasitələrlə qeydə alınıb. Yerdə qalan 35-lik qayda pozuntuları isə, yol polisi əməkdaşları tərəfindən fərdi olaraq yazılıb. Bu məqama baxmayaraq hələ də sürücülərlə yol polisi arasında ziddiyətli məqamlar qalmaqdadır.

Milli.Az bildirir ki, məsələnin aktuallığını nəzərə alan ARB TV-nin "Günə doğru" verilişi maraqlı sujet hazırlayıb.

Sürücü: "Əgər sürücü qayda pozubsa, buna görə polis onu saxlayırsa, sürücü problem yaratmamalıdır".

Polis sürücü birbaşa təmasının qarşısının alınması üçün artıq dövlət yol polisi idarəsi qarşısında xüsusi tapşırıqlar da qoyulub.

Kamran Əliyev - BDYPİ-nin şöbə rəisi: "Xüsusi texniki vasitələrin sayı artdıqca təmas minimuma endiriləcək. Zərurət olmadıqda artıq yol patrul xidmətinin inspektoru sürücünü yolda saxlamayacaq. Hansı hissədə ki xüsusi texniki vasitənin köməyilə qayda pozuntusunu aşkar etmək mümkündürsə, həmin ərazilərdə sürücünü saxlamağa ehtiyac olmayacaq".

Amma bu, o demək deyil ki, polis öz dislokasiya olunduğu ərazidə xidmət aparan zaman qayda pozuntusu olacağı zaman buna göz yumacaq. Bundan əlavə hansısa qayda pozuntusu müşahidə kamerası, yaxud monitor vasitəsilə aşkar edilirsə, bu halda qayda pozuntusu yol polisi əməkdaşı tərəfindən bilavasitə protokollaşdırıla bilməz.

Kamran Əliyev - BDYPİ-nin şöbə rəisi: "Yəni nəqliyyat vasitəsi saxlanılaraq, sürücü barədə protokol tərtib edilə bilməz. Lakin yol polisi tərəfindən qayda pozuntusu aşkar edilirsə, bu sənədləşdirilir, sürücü onunla razılaşmırsa, onun barəsində qərar qəbul edilmir. Həmin ərazidə müşahidə kamerası varsa, qeydə alınan hadisəyə baxış keçirilir və vəziyyətə uyğun qərar çıxarılır".

Ekpertlər deyir ki, sürücü-yol polisi arasında birbaşa təmasın azaldılması, şəffalığın təmin olunması üçün vacib addımdır. Gərginliyi yaradan səbəblərdən biri də iş qrafikinin ağırlığı idi ki, bu da öz həllini tapıb artıq.

Elməddin Muradlı - Ekspert: "Polis nə qədər gərgin rejimdə işləyirsə, nə qədər ağır şəraitdə işləyirsə, o qədər də aqressiv olur. Bəzən bir sürücünün qıcıqlandırıcı bir sözünə polis aqressiv cavab verir, beləliklə gərginlik yaranır. Cənab nazir binci növbədə polisin iş və istirahət vaxtı ilə bağlı addım atdı ki, artıq onlar 8 saat işləməlidir".

Bunlar məsələnin polisin üzərinə düşən hissəsidir. Digər bir hissəsi isə sürücülərin məsuliyyətidir. Ən optimal çıxış yolu isə, qaydalara əməl etmək...

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.