Bakıda azyaşlı uşaqlara enerji içkiləri satılır - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda uşaqlara enerji içkisi satmaq qadağan olunub. Bu tələb AQTA tərəfindən hazırlanan "Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları"nda öz əksini tapıb. Paytaxtdakı bəzi marketlər qərarın tətbiqinə başlayıb.
Milli.Az bildirir ki, məsələnin aktuallığını nəzərə alan ARB TV-nin "Günə doğru" verilişi maraqlı süjet hazırlayıb.
Osman İsmayılov - Supermarket nümayəndəsi: "Biz 18 yaşına qədər olan uşaq və yeniyetmələrə enerji içkiləri satmırıq. Kassada həmin uşaqdan yaşı soruşulur. Onsuz da, xarici görünüşü bildirir. Əgər 18 yaşına çatmayıbsa, enerji içkilərini alıb yerinə qoyuruq, kassaya vurmuruq".
Şəhərin müxtəlif yerlərində kiçik bir müşahidə apardıq. Müşahidələrimiz onu göstərdi ki, əksər satış obyektləri bu qaydalara əməl etmir. Yaşından asılı olmayaraq, hər bir kəsə enerji içkilərinin satışı davam edir.
18 yaşı olmayan şəxsə enerji içkisi satan satıcı ilə söhbət:
Satıcı: "Mən haradan bilim onun 18 yaşı olmayıb?"
Müxbir: Sifətindən də bilinirdi ki, uşaqdır, bəs niyə satdınız?
Satıcı: "Bilmirəm. Qanunvericiliyi bilirik ki, 18 yaşından yuxarı şəxslərə satmaq olar. Mən bilməmişəm, təxmin etməmişəm ki, onun 18 yaşdan aşağı yaşı var".
Eyyub Hüseynov - AİB sədri: "18 yaşdan aşağı uşaqlara enerji içkilərinin satışı davam edir. Bunun üçün satıcını cərimə gözləyir. Polis bu işə nəzarət edir. Və bütün hallarda elə iş aparmalıdırlar ki, uşaqlar bu içkilərdən uzaq olsunlar".
Sakin: "Ziyanı ola bilər, xeyiri ola bilməz. Təbii içkilər hamısından yaxşıdır. Kənd yerlərində yaşayan insanlar uzun illər yaşayıblar, belə enerjili içkilərdən istifadə etməyiblər, amma fiziki cəhətdən də, əqli cəhətdən də hamıdan yüksək olublar".
Təəssüf ki, illərdir enerji içkiləri ilə bağlı səslənən mənfi fikirlərə baxmayaraq, indi gənc və yaşlı nəsil, hətta məktəbli uşaqlar arasında da bu içkilərə meyl artmaqdadır.
Mətanət Cəfərova - Həkim: "Energetik içkilərin tərkibində olan xüsusi maddələr var ki, onların miqdarından çox istifadəsi xüsusən uşaqlarda ani psixozlara, nevroloji pozuntulara, depressiyalara, səbəb ola bilər. Bunlar yeniyetmələrə də aiddir".
Ona görə də heç kəs 18 yaşı tamam olmayanlara enerji içkisi satmamalıdır. Əks halda qaydaları pozan şəxslər İnzibatı Xətalar Məcəlləsinə uyğun cərimə ediləcəklər.
Vüqar Səfərli - Hüquqşünas: "İnzibatı Xətalar Məcəlləsində müvafiq olaraq, inzibati tənbeh nəzərdə tutulmuşdur. Bu qaydaları pozan fiziki şəxslər 50 manatdan 100 manata qədər, vəzifəli şəxslər 100 manatdan 200 manata qədər hüquqi şəxslər isə 200 manatdan 400 manata qədər miqdarda cərimə oluna bilərlər".
Əgər enerji içkisi kiminsə sağlamlığına ziyan vurarsa, onu istehsal edən, satan şəxslər barəsində cinayət işi də başlanıla bilər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Metronun 2 stansiyasında giriş sabahdan ödənişsiz olacaq - müddət açıqlandı - Yenilənib
-
Azərbaycanda plastik cərrahların sayı artdı
-
Bu qurumlar sabahdan distant iş rejiminə keçir
-
ADY-nin Astara Terminalında yük aşırılması 30 faiz artıb
-
Azərbaycanda bu tələbələrə kirayə pulu verilə bilər
-
Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib - (Video)
XƏBƏR LENTİ
-
Bakıdakı universitetlərdə dərslər distant olacaq
-
Xamenei xalqa müraciət etdi
-
Tramp BMT Baş Assambleyasında Prezident İlham Əliyevdən sitat gətirib
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının açılışında iştirak edib - (Foto)
-
Erməni idmançı UFC-dən kənarlaşdırıldı
-
Azərbaycana uçuşlar həyata keçirən İran İslam Respublikasının aviaşirkətlərinin reysləri dayandırılır
-
"Səni ilk qucağıma aldığım gün sanki dünən idi" - Fatimə Fətəliyeva - (Foto)
-
Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır
-
Gənc istedadlar Fidan Hacıyevanın Beynəlxalq Opera Festivalının əhəmiyyətindən danışıblar - (Foto)
-
DİN işçi axtarır - şərtlər
-
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin iştirakı ilə “Birliyin Gücü - 2026” təliminin açılışı olub - (Foto/Video)
-
Azərbaycan Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”ni tanımır - XİN
-
Metronun 2 stansiyasında giriş sabahdan ödənişsiz olacaq - müddət açıqlandı - Yenilənib
-
Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
“Beşiktaş”ın ulduzu zədələndi
-
"Evimdən 15 min dollarlıq qızıl oğurlandı"
-
Rusiyada ticarət mərkəzində yanğın: Ölənlər və yaralananalar var - (Video)
-
Azərbaycanda plastik cərrahların sayı artdı
-
Bu qurumlar sabahdan distant iş rejiminə keçir
-
Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı
-
Sənə ayıb olsun! - Netanyahu
-
Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlandı
-
Lənkəranda 75 500 manatlıq oğurluq - Saxlanılanlar var
-
Azərbaycanda bu futbol klubu ləğv edildi





