Cəmiyyət

Rövnəq Abdullayev yenidən namizəd oldu

18 Yanvar 2020 20:17
4 Şərh     Baxış: 2 571
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

AFFA-nın prezidenti Rövnəq Abdullayev yenidən bu posta namizədliyini irəli sürüb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Rövnəq Abdullayev AFFA Nizamnaməsinin 41-ci maddəsinin 3-cü bəndini rəhbər tutaraq, 2020-cı il yanvarın 28-də keçiriləcək növbəti Konfransda AFFA prezidenti vəzifəsinə namizədliyini verib.

Xatırladaq ki, Rövnəq Abdullayev ilk dəfə 2008-ci ildə, ikinci dəfə 2012-ci ildə, üçüncü dəfə isə 2016-cı ildə AFFA-nın prezidenti seçilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.