Cəmiyyət

Bakı-Quba-Rusiya sərhədi yolu ödənişli olacaq

15 Yanvar 2020 14:47
1 Şərh     Baxış: 2 372
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda bir neçə ödənişli avtomobil yolunun tikintisi nəzərdə tutulur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov mətbuat konfransında deyib.

O bildirib ki, ödənişli yol qismində Ələt-Astara yolu nəzərdə tutulub. Bu yol sürücüyə 39 kilometr məsafəyə qənaət etməyə imkan verəcək.

Bundan başqa, mövcud yola paralel yerləşən və sürücüyə 18 kilometr məsafəyə qənaət etməyə imkan verəcək Bakı-Quba-Rusiya sərhədi yolu da ödənişli olacaq.

S.Məmmədovun sözlərinə görə, Avropada və digər inkişaf etmiş ölkələrdə bu təcrübə geniş yayılıb. Azərbaycanda isə yolların tikintisi və təmiri adətən dövlət büdcəsi hesabına həyata keçirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.