Cəmiyyət

Bakı-Qazax magistralında avtomobil yolayırıcına çırpılıb, xəsarət alan var - VİDEO - FOTO

11 Yanvar 2020 08:58
0 Şərh     Baxış: 1 362
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakı-Qazax magistralının Qaradağ rayonundan keçən hissəsində yol-nəqliyyat hadisəsi zamanı sürücü xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Sadiq Süleymanov idarə etdiyi "Nissan" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.

S.Süleymanov APA-ya bildirib ki, o, yük maşınını sağdan ötmək istəyib. Bu zaman idarəetməni itirərək arakəsməyə çırpılıb.

Hadisə nəticəsində S.Süleymanov xəsarət alıb. Avtomobil deformasiyaya uğrayıb.

Əraziyə Qaradağ Rayon Polis İdarəsinin və DYP-nin əməkdaşları cəlb olunub, avtoekspertiza təyin edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.