Cəmiyyət

Bakıda 2 avtomobil toqquşub, xəsarət alan var - VİDEO - FOTO

7 Yanvar 2020 08:33
0 Şərh     Baxış: 1 260
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Nərimanov rayonunda 2 avtomobil toqquşub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qəza Heydər Əliyev prospektinin rayon ərazisinə düşən hissəsində qeydə alınıb.

Əsas yoldan köməkçi yola çıxmaq istəyən "Mercedes" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi 99-AN-192 dövlət qeydiyyat nişanlı "Daewoo" markalı avtomobilə çırpılıb.

Hadisə zamanı "Daewoo"nun sürücüsü yüngül xəsarət alıb.

Əraziyə təcili tibbi yardım briqadası cəlb edilib.  Xəsarət alan sürücüyə ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.