Bakı Metropoliteni bu gün axşam saatlarında Yaşıl xəttdə baş vermiş texniki nasazlıqla bağlı məlumat yayıb.
Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Milli.Az-a bildirib ki, artıq nasaz qatar xətdən kənarlaşdırılıb: "Bu gün 18:40-da Bakı Metropoliteninin Yaşıl xətti üzrə qatarlardan birində texniki nasazlıq olub. Qatar texniki nasazlıq səbəbindən xəbərdarlıq edilməklə Elmlər Akademiyasnda saxlamadan hərəkətinə davam edib və İnşaatçılar stansiyasında saxlayaraq sərnişinləri düşürüb. Depoya yola salınan Qatar digər qatarla əvəz edilib".
Milli.Az