Cəmiyyət

Zəfəranın daha bir faydası aşkarlandı

17 Dekabr 2019 22:02
0 Şərh     Baxış: 1 399
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Alimlər dünyanın ən bahalı bitkilərindən biri olan zəfəranın depressiyaya qarşı effektiv mübarizə üsulu olduğunu açıqlayıb.

Milli.Az publika.az-a istinadən bildirir ki, Avstraliyada aparılan araşdırma depressiyanın müalicəsində zəfəranın müsbət təsirlərini üzə çıxarıb.

Murdok Universitetinin tədqiqatçısı Adrian Loprestinin sözlərinə görə, depressiyanın müalicəsində zəfəranı plasebo ilə birlikdə istifadə edən xəstələrdə simptonların orta hesabla 21-41 faiz azaldığı müşahidə olunub. Lopresti onu da qeyd edib ki, araşdırmada zəfəranın bir çox faydaları üzə çıxıb: "Yuxu keyfiyyətini yaxşılaşdırır, ovqatı yüksəldir, həzz səviyyəsini qaldırır, gündəlik aktivliyi bərpa edir".

Mütəxəssislər hesab edir ki, müalicədə yalnız zəfəranın istifadəsi kifayət etməyə bilər, daha dəqiq faktlar əldə etmək üçün əlavə tədqiqatların aparılmasına ehtiyac var.

"Qırmızı qızıl" adlandırılan bu bitkinin kq-ı təxminən 3 min dollardır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.