Bakıda "Pompey" təhlükəsi – Hər an baş verə biləcək faciə ilə üz-üzəyik - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gələn ildən Azərbaycanda palçıq vulkanları kompleksi yaradılacaq. Bu, Azərbaycana gələn turistlərə ölkəmizdəki palçıq vulkanları barədə ətraflı məlumat vermək, vulkanlardan turizm üçün istifadə etmək məqsədi daşıyır.
Azərbaycanda palçıq vulkanları kompleksinin tikilməsi ideyası yaransa da, hazırda bəzi vulkan ərazilərinin ciddi mühafizəsinə ehtiyac var.
Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, 7-ci Binəqədi şosesinə yaxın ərazidə yerləşən "Keyrəki" vulkanı Abşeron yarımadasında yerləşən aktiv vulkanlardan sayılır. Amma vulkanın ətrafı əməlli-başlı yaşayış massivinə çevrilib. Vulkan dağının ətəyində salınan yaşayış massivi günü-gündən böyüyür. Sakinlər ərazidə yaşamağın onların həyatı üçün təhlükə olduğunu təsdiq etsələr də, Binəqədi qəsəbəsi ərazisində belə ucuz qiymətə torpaq tapmağın mümkün olmadığını da söyləyirlər.
Ərazidə yaşayan sakin Könül Səfərova deyir ki, vulkan dağının yaxınlığında yaşamağın həyatları üçün təhlükə olduğunu anlayırlar. Amma Binəqədi ərazisində ən ucuz torpaq məhz bu ünvanda satıldığından, burada ev tikməyə məcbur olublar: "Buraya gələn hər kəs bizi qınayır ki, könüllü şəkildə təhlükənin bir addımlığında yaşayırsınız. Amma heç kəs demir ki, bura təhlükəli ərazi olubsa, bəs torpağı camaata niyə satıblar? Düzdür, burada yaşayanların çoxu məcburi köçkünlərdir. Amma aralarında rayonlardan gələnlər də az deyil. Vaxtilə burada torpağın bir sotunu 500 manata satırdılar. Biz də həmin vaxt torpaq almışıq. İndi də öz həyətindən torpaq satan var. Qiyməti isə yerinə görə dəyişir - 2500-4000 manat arası. İllərdir ki, camaat burada özünə yurd salıb. Bircə narazılığımız yolların vəziyyətindəndir. Vulkanın püskürməsi isə Allahın işidir".
Vulkan ərazisində yaşayan sakin deyir ki, son iki ilə yaxındır "Keyrəki" vulkanı püskürmür: "Əvvəllər burada tikinti işləri sürətlə aparılırdı. Gəlib camaata tapşırdılar ki, tikintilərin aparılması vulkanı aktivləşdirir. İndi yuxarıda tikintinin aparılmasına icazə verilmir. Ancaq aşağı hissələrdə evlər tikilir. Biz artıq çoxlarının təhlükə hesab etdiyi bu ərazidə yaşamağa öyrəşmişik".
Sakinlərin çoxu vulkanın təhlükəsi olmadığını söyləsə də, ərazidə yaşayanlar arasında narahatlıq keçirənlər də var. Evi vulkan dağının ətəyində yerləşən sakinlər evlərinə qazın dolduğunu bildirdilər. Sakinlərin sözlərinə görə, qapı-pəncərə bağlı olanda evdən qaz iyi gəlir: "Yerin altında çatlardan vulkana yaxın yerləşən evlərə qaz dolur. Bu, təhlükəli həddə olmasa da, evdən çıxanda pəncərəni açıq qoyuruq ki, evə qaz dolmasın".
Sakinlər deyirlər ki, "Keyrəki" vulkanı turizm baxımından əhəmiyyətli olsa da, vulkana baxmaq üçün əraziyə turist axını müşahidə olunmur. Buna səbəb kimi isə yolların abad olmadığını əsas gətirirlər.
Qeyd edək ki, "Keyrəki" vulkanının yerləşdiyi dağın aşağı ətəklərində böyük bir yaşayış massivi salınmasına baxmayaraq, burada yolların vəziyyəti həqiqətən bərbad haldadır. Odur ki, ərazidə yaşayanların bir qismi yol kimi iri su borularının üzəri ilə hərəkət edirlər. Yağış yağan kimi isə yolda avtomobillər batır. Ərazidə olarkən "Keyrəki" vulkanın ətrafının xeyli böyüdüyü də diqqətimizdən yayınmır. Sakinlərlə söhbət zamanı öyrənirik ki, onlara tikintinin aparılmaması barədə xəbərdarlıq da paylanılıb.
Binəqədi rayon, Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva açıqlamasında bildirib ki, artıq vulkan ərazisində tikinti işləri dayandırılıb. "Keyrəki" vulkanının ümumi ərazisi təxmini 32 hektardır. Krater isə 2 hektar ərazini əhatə edir. Onun sözlərinə görə, vulkan sonuncu dəfə 2017-ci ildə püskürüb. Amma bununla belə, "Keyrəki" aktiv vulkanlar siyahısındadır: "Bakı-Abşeron yarımadası Palçıq Vulkanları İdarəsinin əməkdaşları ilə birlikdə sözügedən ərazidə yaşayan ailələrə 500-dən çox xəbərdarlıq məktubu paylanılıb, palçıq vulkanı püskürəcəyi təqdirdə hansı ilkin addımların atılmalı olduğuna dair məlumat xarakterli söhbətlər aparılıb, lövhələr yerləşdirilib. Hazırda müdafiə xarakterli olaraq, vulkanın öz radiusundan əlavə 7 hektar ərazi də tərəfimizdən nəzarətdə saxlanılır və hər hansı bir tikilinin getməsinə icazə verilmir. Ötən illərdə özbaşına tikilmiş 6 ev sökülüb, 2 vaqon ərazidən kənarlaşdırılıb. Elektrik naqilləri üçün nəzərdə tutulan dirəklər də aidiyyatı qurumun əməkdaşları vasitəsilə ərazidən götürülüb. Ətrafdakı evlər siyahıya alınıb. Hazırda təxminən orada 65-70 ev təsərrüfatı mövcuddur. Bundan əlavə, dağ boyu 2 km məsafədə xəndək qazılıb və evlərin tam mühafizəsi təmin olunub. Təbii ki, vulkan ərazisi mütəmadi diqqətimizdədir və hər hansı özbaşına tikilinin getməsinə birmənalı icazə yoxdur. 63 ev vulkana yaxın olsa da, ümumilikdə ərazidə 125 ev tikilib".
Qeyd edək ki, Azərbaycan palçıq vulkanlarının sayına görə, dünyada məşhurdur. Yer kürəsində məlum olan bütün palçıq vulkanların 350-yə yaxını (dünyadakı bütün belə vulkanların 45 faizi) Azərbaycanda yerləşir. Bunlardan 150-yə yaxını dənizdədir. Ölkədə olan palçıq vulkanlarının 60 faizi aktiv vulkan hesab edilir. Bu siyahıya Binəqədi rayonu ərazisində yerləşən "Keyrəki" vulkanı da daxildir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda güclü yağış yağacaq - Proqnoz verildi
-
Azərbaycanda evlilik yaşı artır: Gənclər niyə gec ailə qurur?
-
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - (Foto)
-
AQTA: Sumqayıtda məktəbdə baş verən zəhərlənmə hadisəsi nəzarətdədir
-
Erməni snayper qadınlar hərbçilərimizi buradan hədəfə alıblar - (Video)
-
Məişət zorakılığının qurbanları ilə bağlı yeni məlumat
XƏBƏR LENTİ
-
Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? - (Video)
-
Azərbaycanda güclü yağış yağacaq - Proqnoz verildi
-
Ötən ay sərhədi pozan 20 nəfər saxlanıldı
-
Azərbaycanda evlilik yaşı artır: Gənclər niyə gec ailə qurur?
-
“8 gün ac və bağlı otaqda qaldım” - Məşhur rəqqasa qarşı daha bir ittiham
-
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - (Yenilənib)
-
Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı
-
Maşında qadına şiddət göstərən rəqqas saxlanıldı
-
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - (Foto)
-
AQTA: Sumqayıtda məktəbdə baş verən zəhərlənmə hadisəsi nəzarətdədir
-
"Utanın, yerin dibinə girin" - Aparıcıdan futbolçularımıza sərt sözlər
-
“Birliyin gücü-2026” təlimləri başa çatdı
-
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
-
Tolik: "Mən 25 manata ət almıram" - (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
-
Prezident İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
-
Qaxda 7 kiloqramdan artıq narkotik aşkarlandı: İki nəfər saxlanıldı
-
Prezident İlham Əliyev: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
-
Prezident İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq
-
Prezident İlham Əliyev: Müasir ideoloji işlər aparılmalıdır
-
Erməni snayper qadınlar hərbçilərimizi buradan hədəfə alıblar - (Video)
-
Prezident İlham Əliyev: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
-
Prezident İlham Əliyev: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir
-
Məkkədə bomba həyəcanı - (Video)





