Cəmiyyət

Məişət zorakılığının qurbanları ilə bağlı yeni məlumat

2 Oktyabr 2026 11:08
Baxış: 282
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bu il məişət zorakılığından zərər çəkmiş 46 nəfər sosial reabilitasiya xidmətləri ilə təmin olunub.

Milli.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bildirilib ki, sosial reabilitasiya xidmətlərindən yararlanan şəxslərin 26-sı uşaqdır.

Onlar Agentliyin müvafiq müəssisəsində 2021-ci ildən fəaliyyət göstərən Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün sosial reabilitasiya şöbəsində xidmətlərə cəlb olunublar.

Həmin şəxslərin sosial reabilitasiyası və sosial statuslarının bərpası istiqamətində fərdi iş planına uyğun tədbirlər həyata keçirilib.

Qeyd edilib ki, şöbədə müasir tələblərə uyğun şərait yaradılıb. Buraya qəbul edilən şəxslər sosial-məişət, sosial-iqtisadi, sosial-psixoloji, tibbi-sosial və sosial-məsləhət yardımı xidmətləri ilə əhatə olunurlar.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.