Bu sürücülər 40 manat CƏRİMƏLƏNƏCƏK - Yol Polisindən xəbərdarlıq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Havalar soyuduqca, yağışlar yağdıqca yollarda vəziyyət heç də ürəkaçan olmur. Yollardakı su gölməçələri piyadalar üçün problemə çevrilir. Çünki elə sürücülər var ki, yol kənarında dayanan piyadaları belə nəzərə almır. Əksinə sürət həddini daha da yüksəldərək, onların üst-başlarını batırmağa nail olurlar.
Ümumiyyətlə belə halların qarşısını almaqdan ötrü sürücülərə cərimələr tətbiq edilirmi?
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev Modern.az-a məlumat verib. "Təbii ki, biz hər zaman olduğu kimi, hava şəraitini nəzərə almaqla, sürücülərə tövsiyə edirik ki, yollarda diqqətli olsunlar. Yağışlı hava ilə əlaqədar yollarda su gölməçələri yaranır. Sürücülərə dəfələrlə xəbərdarlıq edilir ki, yol kənarlarında dayanan piyadaları nəzərə alsınlar, sürət həddini azaltsınlar. Hərəkət iştirakçıları unutmasınlar ki, çirkli suları piyadaların üzərinə sıçratmaq yolverilməzdir. Eyni zamanda, piyadalara da bildirilir ki, hava şəraitinin yağışlı olmasını nəzərə alıb, geyimlərinə fikir versinlər. Sutkanın qaranlıq vaxtında yola çıxarkən imkan daxilində əlvan, xüsusilə də işıqqaytarıcı geyimlər geyinsinlər. Çünki ən azından sürücüləri də nəzərə almaq lazımdır. Gecə vaxtı qara paltar geyinmiş piyadanı sürücü bəzən görmür, nəticədə isə yol nəqliyyat hadisəsinin baş verməsi halı qaçılmaz olur".
Rüfət Quliyev bildirib ki, sürücülərin piyadaların üzərinə çirkli su sıçratmaları ilə bağlı inzibati məsuliyyət nəzərdə tutulub:
"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 42-ci maddəsinin 1.5 bəndində bu məsələnin həlli öz təsdiqini tapıb. Bununla bağlı sürücü məsuliyyətə cəlb olunmaqla, ona protokol tərtib edilir. Bütün sürücülərin nəzərinə çatdırırıq ki, bu qaydanı pozan hər kəsə 40 manat miqdarında cərimə tətbiq olunacaq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb - (Foto)
-
Bu tarixlərdə leysan yağacaq - Xəbərdarlıq
-
İçərişəhərdə “GastroFest 2026” keçiriləcək
-
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
-
Azərbaycan Hava Yolları və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirib - (Foto)
-
Sürücülərin diqqətinə: Bu yolda avtobus zolağının saatı artırıldı
XƏBƏR LENTİ
-
Elariz oğlu və nəvəsi ilə - (Foto)
-
“Qarabağ” “Şəfa”ya qarşı, "Neftçi" "Qəbələ"yə qalib gəldi - Yenilənir
-
Ceyhun Hacıbəyli küçəsində hərəkət məhdudlaşdırılacaq
-
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
-
Gəncəsər monastırı ətrafında Ermənistanda yaradılan qalmaqalın elmi-tarixi əsası yoxdur - AMEA
-
"Arsenal" Xviça Kvaratsxeliyanı heyətinə qatmaq istəyir
-
Şamaxıda “Nəsimi Bağları” kompleksi: 120 hektarlıq ərazidə turizm və mədəniyyət məkanı
-
Paşinyan Prezident İlham Əliyevə Cənubi Qafqazda sülhə töhfəsinə görə təşəkkür edib
-
Kardaşyanda atasının ölümünə səbəb olan xəstəlikdən aşkarlandı - (Foto)
-
Türkiyədə qadın qızının saç kəsimini bəyənmədi, qohumlarını yığıb salonu dağıtdı - anbaan (Video)
-
Azərbaycanın “yaşıl” enerji strategiyasında yeni mərhələ: “Qobustan” GES və qlobal hədəflər - (Foto)
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video)
-
Uşaq oyuncaqlarına Müşviqin mahnısı yerləşdirildi - (Video)
-
Daha iki küçədə avtobus zolağı salınır - (Foto)
-
Azərbaycan, Özbəkistan və Türkiyə hərbçilərinin iştirakı ilə “Birliyin Gücü – 2026” təlimi keçiriləcək - (Foto/Video)
-
149 il sonra “Meqa El Nino” təhlükəsi: Alimdən 2027-ci il üçün xəbərdarlıq
-
Bakı və Sumqayıtda ağacları qanunsuz kəsdilər - 39 480 manat ziyan
-
Kriştianu Ronaldu milli komandaya çağırıldı
-
Türkiyəli məşhurların saxlanılmasından ilk görüntülər - (Foto)
-
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb - (Foto)
-
Yevlaxda ağır qəza: Yük maşınları toqquşdu, yaralanan var
-
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pisləyib
-
Makronun cinsiyyətini araşdıran jurnalist öldü
-
Tramp İranla müharibənin növbəti mərhələsi barədə qərar verəcək





