Ölümündən sonra 300 il çürüməyən Diri baba - REPORTAJ - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qobustanda yerləşən Diri baba türbəsi Şirvan-Abşeron memarlıq üslubunda inşa edilib. Sərt qayaların üzərində, ovulmuş mağaranın önündə ucaldılan Diri baba türbəsinin ön, sağ və sol divarları açıq havada olsa da, arxa tərəfi qayaların arasında yerləşir. Birinci və ikinci mərtəbələr, həmçinin ikinci mərtəbə ilə günbəz arasında daş pilləkən yerləşir. Qayanın içərisində yonulub tikildiyinə görə türbənin yalnız cənub istiqamətinə doğru bir fasadı var. Həmin fasadın quruluşunda Şirvan abidələrində olan memarlıq əlamətləri ilə yanaşı, fərqli detallar da mövcuddur.
Milli.Az xəbər verir ki, abidənin bələdçisi Nəsib Babaşov AZƏRTAC-a tikili barədə məlumat verərək bildirib ki, Diri baba türbəsi 1402-ci ildə Qobustanın Şimal-Şərqində, Şirvanşahlar dövlətinin 34-cü hökmdarı Şirvanşah Şeyx İbrahim tərəfindən inşa olunub. İkimərtəbəli türbənin hündürlüyü təxminən 7 metrdir. Orijinal memarlığı, tikinti kompozisiyasının təkraredilməzliyi və qayalıqda ucaldılmasına görə bu abidə Azərbaycan memarlığı tarixində xüsusi yer tutur.
Tarixçi Çingiz Babaşov isə burada aparılan tədqiqatlardan danışaraq deyib ki, türbənin içərisində olan qəbirin Məhəmməd Peyğəmbərin əmisi Əbul Əhəbin nəvəsi Hatəm İbn Əmrə aid olmasına dair müxtəlif fikirlər var. Bununla bərabər, bəzi araşdırmalara görə bu türbədə Şirvanşah Şeyx İbrahimin azançısı Pir Məhəmməd dəfn edilib. Rəvayətlərə görə, Pir Məhəmməd öldükdən sonra bədəni 300 il çürüməyib, bu səbəbdən abidə Diri baba türbəsi adlandırılıb.
Şirvanı qonşu ölkələrə bağlayan karvan yolunun yaxınlığında yerləşən Diri baba türbəsi bir çox səyyahların diqqətini özünə cəlb edib. XVII əsrin 30-cu illərində Qolştin səfirliyinin İran şahlığından elçisi Adam Oleari, holland səyyahı Kornelius Devrin və digər səyyahlar yol qeydlərində bu abidə haqqında məlumatlar yazaraq, türbənin şəkillərini də çəkiblər.
Bir çox yerli və xarici turistlərin yaddaşında tarixi abidə kimi qalan Diri baba türbəsi inanclı insanlar üçün müqəddəs məkana çevrilib. Hər il minlərlə xarici və yerli qonağın ziyarət etdiyi bu abidə dövlət tərəfindən qorunur.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - Yenilənib (Foto)
-
Prezident İlham Əliyevin “Qobustan” Günəş Elektrik Stansiyasının açılışından maraqlı görüntüləri - (Video)
-
Masazırda şagirdlər zirzəmidə dərs keçib? - Açıqlama - (Video)
-
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
Narkotik aşkarlanan yük maşınları müsadirə olunsun - Təklif
-
TDT ölkələri arasında ticarət və iqtisadi əlaqələrin inkişafı müzakirə olunub - (Foto)
XƏBƏR LENTİ
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Məşhurlar Üzüm və Şərab Festivalında konsert proqramı ilə çıxış edəcək - (Video)
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
-
Məşhur müğənninin müəmmalı ölümü: iki həkim həbs edildi
-
Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
-
Azərbaycanın iqtisadi artım proqnozuı açıqlanıb
-
“Messinin transferi üçün 500 milyon təklif etmişdim” - Massimo Moratti
-
Vüsalə Əlizadə qardaşının məzarında - "Qara daş məni sakitləşdirir" - (Video)
-
“Kızılcık Şerbeti”ndən rekord
-
Ronaldu "Ən-Nəsr"dən gedir
-
Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək
-
DTX rəisi general-polkovnik Əli Nağıyev Qazaxıstana səfər edib
-
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
-
Sabunçu və Xətaidə qaz kəsiləcək
-
ADMİU-nun I kurs tələbələrini aşağılayan şəxs barədə qərar verildi - Yenilənib
-
Gəlin toyda suyun içindən keçdi - (Video)
-
Qarabağda və Azərbaycanın digər bölgələrində Qafqaz Albaniyasının xristian irsinin izləri var - Hikmət Hacıyev
-
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
-
Ölüm hədəsi ilə üzləşən qapıçı 6 qol buraxdı
-
Şəhərətrafı qatar reyslərinin sayı 100-ə çatdırılır
-
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - Yenilənib (Foto)
-
MEMİM bu il də “Sənət inciləri” layihəsi ilə Üzeyir Hacıbəyli festivalına töhfə verəcək





