Cəmiyyət

Bakıda 16 yaşlı yeniyetmə bir neçə şəxs tərəfindən döyülüb

9 Noyabr 2019 08:33
0 Şərh     Baxış: 1 028
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakının Nərimanov rayonunda mübahisə zəminində döyülmə hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Nərimanov parkında qeydə alınıb. 16 yaşlı Əhmədov İlham Bayram oğlu tanımadığı şəxslərlə mübahisə edərkən döyülüb.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi diaqnozu qoyulub.

İlkin məlumata görə, İ.Əhmədov park ərazisində olarkən bir neçə nəfər onlara söz atıb. Aralarında yaranan mübahisə əlbəyaxa davaya çevrilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.