Kimlər elektron qaimə-faktura verməkdən azaddır?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Vergi qanunvericiliyinin tələblərinə əsasən, e-qaimələrin tətbiqi uçot məlumatlarının qeydə alınması sahəsində dəyişikliklərə səbəb olmaqla, uçot-məlumat bazasının şəffaflığının, eləcə də qeydiyyata alınan əməliyyatların artımına gətirib çıxarıb.
Milli.Az xəbər verir ki, AZƏRTAC Vergilər Nazirliyinə istinadla bildirib ki, bu barədə iqtisadçı ekspert Ruslan Atakişiyev deyib.
Elektron qaimə-fakturaların istifadəsinin Vergi Məcəlləsinin 71-1-ci maddəsi ilə tənzimləndiyini söyləyən R. Atakişiyev qeyd edib ki, istər VÖEN-i olan fərdi sahibkar, istərsə də hüquqi şəxs yaradaraq fəaliyyət göstərən şəxslər göstərdikləri hər hansı xidmətə, hər hansı əmtəəni təqdim etdiklərinə görə mütləq qarşı tərəfə e-qaimə verməlidirlər: "Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinə əsasən, məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir".
Ekspert əlavə edib ki, qanunvericilikdə e-qaimə təqdim etməkdən azad şəxslər də nəzərdə tutulub və bu məsələ də Vergi Məcəlləsinin 71-1.1-ci maddəsilə tənzimlənir. Həmin maddəyə əsasən, vergiödəyicisi kimi vergi orqanlarında uçota alınmayan şəxslərin elektron qaimə-faktura vermək hüququ yoxdur: "Yəni fərdi şəkildə işləyən və vergi orqanlarında qeydiyyata alınmayan şəxslər elektron qaimə-faktura vermirlər. Məsələn, öz həyatyanı sahəsində becərdiyi kənd təsərrüfatı məhsullarını təqdim edən şəxslər satdıqları məhsullara görə belə, sənəd təqdim etmirlər. Müəyyən müəssisələr bu əməliyyatları alış aktı ilə rəsmiləşdirə bilirlər. Bir sıra hallarda isə dövlət qurumlarının təqdim etdiyi rəsmi sənədlər -mədaxil qəbzləri elektron qaimə-fakturanı əvəz edir".
Həmçinin diqqətə çatdırılıb ki, gələn ildən bu sahədə müəyyən yeniliklərin olması gözlənilir. Xüsusən, ƏDV ödəyicisi olan şəxslər vergi hesab-fakturası tərtib etməkdən azad olacaqlar. Artıq vergi məqsədləri, eləcə də digər məqsədlər üçün nəzərdə tutulan bütün məlumatların əldə edilməsi üçün elektron qaimə-faktura kifayət olacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Xaricdə oxuyanlar üçün peşə tanınması imtahanı keçirildi
-
Bakıda yağış nə vaxta kimi davam edəcək?
-
“Nar” ilin ən yüksək nəticə göstərən abituriyentlərini mükafatlandırdı - (Foto)
-
Qapağı şişibsə, yeməyin - Xəbərdarlıq
-
Gədəbəyin yeni icra başçısı kollektivə təqdim edildi
-
İnfantino FIFA-ya göstərdiyi dəstəyə və U-15 Dünya Çempionatının keçirilməsinə görə Prezident İlham Əliyevə təşəkkür edib
XƏBƏR LENTİ
-
Nazirlə jurnalist arasında gərginlik yaşandı - (Video)
-
Məsciddən və “Dəniz Mall”un namaz otağından oğurluq edən “Hacı” tutuldu
-
"Məni silkələyən ikinci belə hadisə olmayıb" - Murad Dadaşov
-
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub - (Foto)
-
Polşanın Şərq Tədqiqatları Mərkəzi: Fransa-Azərbaycan münasibətlərinin normallaşması Bakı ilə Aİ arasında daha sıx əməkdaşlığa yol aça bilər
-
Vuçiç “ofisiant” obrazında: "Bizdə NATO yoxdur" - (Video)
-
Şeyx Əbdül Mahmudbəyov xəstəxanaya yerləşdirildi
-
Bakıda 40 yaşlı qadın öldürüldü - Əri saxlanıldı
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza təcavüz: Kamerada hadisə gününün görüntüləri - (Video)
-
Azərbaycan və Belarus hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib - (Foto)
-
“Gəzə bilmirəm...” - Abid Şərifov
-
“Ən yaxşı Messidir, ikinci bir fikir ola bilməz” - Yamal
-
Aleksandr Pleşa vəfat etdi
-
Xaricdə oxuyanlar üçün peşə tanınması imtahanı keçirildi
-
Bakıda yağış nə vaxta kimi davam edəcək?
-
Kallas Suriyaya getdi
-
Olivye Jiru karyerasını bu tarixdə bitirəcək
-
Ermənistanda Ağrı dağı ilə bağlı növbəti qadağa
-
Fernando Alonso karyerası barədə qərar verdi
-
Zamanı ən dəqiq ölçən saat hazırlandı
-
Melis Sütşurup əri Mustafa Sandalla Dubaya qaçıb?
-
“Nar” ilin ən yüksək nəticə göstərən abituriyentlərini mükafatlandırdı - (Foto)
-
Nurgül Yeşilçay: "Yenidən gənc olmaq istəməzdim"
-
Qapağı şişibsə, yeməyin - Xəbərdarlıq





