Masallıda "İnformasiya təhlükəsizliyi" mövzusunda seminar keçirilib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Jurnalistlərin Həmkarlar İttifaqının təşkilatçılığı (JuHİ) ilə oktyabrın 28-də Masallı şəhərində "İnformasiya təhlükəsizliyi" mövzusunda seminar keçirilib. "Cənub xəbərləri" qəzetinin konfrans zalında keçirilən seminara Cənub bölgəsində fəaliyyət göstərən yerli KİV-lərin nümayəndələri, paytaxtda fəaliyyət göstərən KİV-lərin bölgə üzrə təmsilçiləri, həmçinin, yerli QHT və internet fəalları qatılıblar. Tədbir, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə həyata keçirilən "İnformasiya təhlükəsizliyi: nəzəri və hüquqi əsaslar" layihəsi çərçivəsində baş tutub.
JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, seminarın keçirilməsində məqsəd jurnalistləri və internet üzərindən xəbər yayan informasiya istehsalçılarını beynəlxalq səviyyəli təhlükəsizlik təcrübələri ilə tanış etmək, onların bu sahədə biliklərini artırmaq olub: "Bu, Azərbaycan jurnalistləri və ümumilikdə xəbər istehsalçıları üçün son dərəcə vacibdir. Seminar iştirakçılarına həm jurnalistlərin fərdi təhlükəsizliklərini təmin etmək mexanizmləri, həm də xəbərin məzmun təhlükəsizliyi barədə bilgilər verildi. Bunlar, jurnalistlərin fərqli mövzularda araşdırmalar apararkən və ya münaqişə zonasından reportaj hazırlayarkən daha etibarlı hərəkət etmələrinə kömək etmək üçün vacib bilgilər idi".
Müşfiq Ələsgərli qeyd edib ki, seminarda, həmçinin, yayılan informasiyaların məzmununa görə yaranan hüquqi məsuliyyət və təhlükəsizlik məsələləri barədə bilgi verilmişdir: "İnternet üzərindən informasiya yayan vətəndaşlarda və media qurumlarında yaydıqları informasiyalara görə daşıdıqları etik və hüquqi məsuliyyət barədə təsəvvür formalaşdırmaq günün vacib məsələləri sırasındadır. Masallıda keçirdiyimiz tədbirdə sosial media istifadəçilərinin və ümumilikdə internet üzərindən informasiya yayan vətəndaşların diqqət yetirməli olduqları nüanslar barədə müzakirələr keçirdik".
JuHİ üzvü, beynəlxalq TOT təlimlərində iştirak etmiş Nəzirə Nurullayeva təhlükəsizlik mövzusunda beynəlxalq təlimlərdə əldə etdiyi bilgiləri yerli seminar iştirakçıları ilə bölüşüb. İştirakçılara təhlükəsizlik məsələləri və tədqiqat hesabatı sahəsində ən yaxşı beynəlxalq təcrübələr barədə bilgi verilib.
Təlimlər zamanı praktik məşğələlər aparılıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Mən yaşamıram, zülm çəkirəm, qızımın toyundan sonra..." - Xalq artisti
-
Azərbaycan incəsənətinə ağır itki - FOTO
-
ABŞ Milli Kəşfiyyatının rəhbəri ərinə görə istefa verir
-
Qaymaqlı quru əncir şirniyyatı resepti
-
"Bizə olan hörmətsizlik qəbuledilməzdir" - Dambrauskas
-
Hüseyn Məmmədova yeni VƏZİFƏ verildi
-
Aziz Yıldırımın 64.000 tutumlu yeni stadion layihəsi bəlli oldu
-
Sənan Əsədzadə saxlanıldı
-
Qvardiola “Mançester Siti”dən ayrılır
-
Yaşıl tərəvəz şirələri həqiqətən detoks effekti yaradır?
-
"Real Madrid" Arda barədə QƏRARINI VERDİ
-
"Məni küftə-bozbaş verdiyiniz toya çağırmayın" - Vüqar
-
“Mingəçevir” pley-off-da
-
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
-
Mələkxanım Eyubova gəlini ilə - FOTO
-
İlk dəfə “Qarabağ”ın heyətində meydana çıxacaqlar
-
Santyaqo Penya Prezident İlham Əliyevi təbrik edib
-
ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevə təbrik məktubu göndərib
-
Kim Çen In Prezident İlham Əliyevi təbrik edib
-
Məcburi evdən çıxarma və məcburi köç hallarının monitorinqi üçün daimi çoxtərəfli mexanizmlər yaradılmalıdır - WUF13-ün yekun sənədi
-
Bəhreynin Kralı Prezident İlham Əliyevə təbrik məktubu göndərib
-
UFC prezidenti Dana Uaytdan Azərbaycan azarkeşlərinə xüsusi çağırış: "Bakı, hazır olun!"
-
Şeyx Mansur bin Zayed Al Nəhyan Prezident İlham Əliyevi təbrik edib
-
Şeyx Məhəmməd bin Raşid Al Maktum Prezident İlham Əliyevə təbrik məktubu göndərib





