Cəmiyyət

Günün qoroskopu: Düşünülməmiş hərəkətlərdən qaçın, emosiyalarınızı cilovlayın

17 Noyabr 2019 00:01
26 Şərh     Baxış: 4 151

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - İşdə təşəbbüs göstərmək üçün münasib gündür. İdeyalarınız əladır, əvvəlcə kimsə bəyənməsə də, sonradan hamı bunların yaxşı olduğunu qəbul edəcək. Bu gün başlanan işgüzar münasibətlər ahəngdar və hamı üçün faydalı olacaq.
İşləriniz elə də çox olmayacaq, həm şəxsi işləriniz, həm də yaxınlarınızla ünsiyyət üçün vaxtınız qalacaq. Hər şeyi çatdırmaq olar. Enerjiniz çoxdur, hətta dolğun gündən sonra da yorğunluq hiss etməyəcəksiniz.

Buğa - Parlaq, yaddaqalan, maraqlı hadisələrlə dolu gündür. İşləriniz artır, gərginlik çoxalır, amma bunların heç biri sizi tamamilə qorxutmur. Cəld hərəkət etmək və ani anda vacib qərarlar qəbul etmək kimi xüsusiyyətləriniz bədxahlarınız qarşısında sizə böyük üstünlük qazandırır.
Həm işdə, həm şəxsi həyatınızda ciddi dəyişikliklər mümkündür. Maraqlı təklif ala bilərsiniz, onları qəbul etməyə dəyər. Günün ikinci yarısı qəfil qonağınız gələ bilər, onların gəlişinə xeyli sevinəcəksiniz.

Əkizlər - Kütlə qarşısında çıxışlar, işgüzar danışıqların aparılması üçün münasib gündür. Əgər iş axtarırsınızsa, bu gün potensial sahibkarlarla görüş üçün çox əladır: onlarda lazımi təəssürat oyada bilərsiniz. Təşəbbüs göstərin, yeniliklərin və təkliflərin sizə çətinlik yaradacağından çəkinməyin.  
Şəxsi həyatınızda situasiya birmənalı deyil: nəyin baş verdiyini ayırd etmək üçün intuisiyanızı dinləyin. Bütün problemlərin səbəbini tapıb aradan qaldırmaq asan deyil, amma mümkündür. Axşam özünüzü kiçik bir hədiyyə ilə sevindirin - buna tamamilə haqqınız çatır.  

Xərçəng - Əlinizi atdığınız hər bir işdə uğur qazanırsınız. Məsələləri düzgün qoymaq bacarığı çox faydalı olacaq - bunları yerinə yetirmək istəyənlər özlərini çox gözlətmirlər. Yeni tanışlarınızda yaxşı təəssürat oyadırsınız, amma çalışın ki, bunu qoruyub saxlaya biləsiniz. Ağlınıza maraqlı ideyalar, yeni uzunmüddətli planlar gəlir.
Maliyyə işlərində səliqəli olmağınız şərtdir. Ödənilməmiş hesab, borcunuz varsa, dərhal ödəməyə tələsin. İşdə yeni vəzifələriniz peyda ola bilər, ofisdə istədiyinizdən artıq vaxt keçirməli olacaqsınız.

Şir -  Adamların arasında olmaq, özünüzə diqqət cəlb eləmək xoşunuza gəlir. Çox güman ki, haqqınızda şayiələr və qeybət dolaşacaq, amma bunlar sizə ziyan vura bilməyəcək. Siyasi həyata marağınız artır, bəzi Şirlər öz mövqelərini açıq-aşkar ortaya qoyur, amma ətrafdakıların təqdirini qazanmırlar.
İşə köklənmək çətin olsa da, vacibdir - əgər belə etməsəniz, çoxlu səhviniz olacaq. Həmkarlarınızla flirt etmək, ortaqlarınızla romantik münasibətlərə başlamaq məsləhət deyil. Hansısa ziyafətdə maraqlı tanışlıq qura bilərsiniz.

Qız - Başqalarına nə qədər faydalı olursunuzsa, gününüz bir o qədər uğurlu keçir. Mümkün qədər çox qazanmağa çalışmayın - pullar özü gələcək, özü də heç gözləmədiyiniz yerdən. Həmkarlarınız və rəhbərliklə münasibətlərinizə diqqət edin: sırf işgüzar əlaqələri dostluq məcrasına yönəltməyin vaxtı çatıb.
Həmfikirlərlə, sizin maraqlarınıza ortaq şəxslərlə ünsiyyət üçün uyğun gündür. Təcrübə mübadiləsi çox faydalı olacaq. Günün sonunda axır vaxtlar taleyi ilə çox maraqlandığınız bir adam barədə xəbər eşidəcəksiniz.

Tərəzi - Necə həll etmək lazım olduğunu bilmədiyiniz problemlərin öhdəsindən bu gün asanlıqla gələ bilərsiniz. Məqsədinizə doğru gedən yollar düzdür: hiyləgərlik göstərməyin yeri yoxdur. Bədxahlarınıza gücünüzü, mövqelərinizin möhkəmliyini nümayiş etdirməyin - beləliklə, onlarda paxıllıq oyatmaz və sizə hücum etməyə təhrik etməzsiniz.
Xarici görünüşünüzə diqqət yetirin: bu gün sizə geyiminizə görə qiymət verirlər. Gözəl ədalar, etiket qaydalarına riayət etməyiniz pərtlik yaradan situasiyadan çıxmağa imkan verəcək. Təhriklərə uymayın, əvvəlcədən qurduğunuz planlara riayət edin.

Əqrəb - Fantaziyalarınıza boyun əyməyin: öz imkanlarınızın düzgün qiymətləndirilməsi səhvlərdən qaçmağa imkan verər. İşləriniz çox olacaq, ancaq bunların hamısının öhdəsindən gəlməyə gücünüz çatar. Sövdələr bağlaya, müqavilələr imzalaya, uzunmüddətli əməkdaşlıq barədə məsələləri müzakirə edə bilərsiniz.
Yaxınlarınız tez-tez sizin köməyinizə ehtiyac duyur, sizdən diqqət tələb edirlər. Soyuqqanlılığınızı qoruyub saxlamağınız, başqalarının emosiyalarının sizə təsir etməsinə yol verməməyiniz vacibdir.

Oxatan - Yalnız entuziazm və qətiyyət sayəsində uğur qazana bilərsiniz. Hətta şərait imkan verməsə belə, siz məqsədinizə doğru gedir və hamının təəccübünə rəğmən, ona çatırsınız. Nüfuzlu bir şəxsin dəstəyini qazana bilərsiniz.
Maraqlı tanışlıqlar mümkündür. Bu gün başlanan münasibətlər sizin üçün gözlənilməz olan bir məcrada davam edəcək. İntuisiyanıza güvənin, necə hərəkət etmək lazım olduğunu daxili səsinizə etibar edin. Axşam dəyərli hədiyyə ala bilərsiniz.

Oğlaq - Düşünülməmiş hərəkətlərdən qaçın, emosiyalarınızı cilovlayın. Bugünkü işləriniz elə də vacib olmasa da, diqqət tələb edir, ancaq fikrini cəmləmək hər Oğlaqa nəsib olmur. Yanınızda sizin səhvlərinizi göstərən, sizi lazımsız həyəcanlardan qoruyan birinin olması yaxşı olardı.
Evdəki istənilən çətinliyi ürəyinizə salır, əhəmiyyətsiz söz-söhbətə görə narahat olursunuz. Həyəcanlardan uzaq durmağa çalışın: sevdiyiniz bir işlə, hobbinizlə məşğul olun, yaxud sevdiyiniz adamlarla gəzintiyə çıxın.

Dolça - Yaradıcı iş, qeyri-standart yanaşma tələb edən məsələlərin həlli üçün əla gündür. Orijinal ideyaları gerçəkləşdirmək xoşunuza gəlir, cari işlər isə sizi yorur, darıxdırır. İşgüzar danışıqlar yaxşı keçir, yeni tanışlarınızda dərin təəssürat oyadırsınız. İşdə məhəbbət macərasının başlanması mümkündür.
Evinizi yeniləyə, təmirə başlaya, yaxud, sadəcə, mebelin yerini dəyişdirə bilərsiniz. Ev üçün əşyalar almaq olar. İmicinizdə dəyişiklik xeyrinizə olar, elə nəticəsi də sizi sevindirər.
 
Balıqlar - İşgüzar ünsiyyət, vacib məsələlərin müzakirəsi üçün əlverişli gündür. Mürəkkəb danışıqlarda özünüzü əsl diplomat kimi hiss edəcəksiniz: aqressivlik, sərtlik göstərmədən istəyinizə çata bilərsiniz.
Maliyyə baxımından uğurlu gündür, sövdələr uğurlu olacaq, yatırımlar gəlir gətirəcək. Sevgidə bəxtiniz elə də gətirmir, sevgililər arasında xırda incikliklər yarana bilər. Bu gün başlanan romantik münasibətlər ciddi olmayacaq.

Milli.Az

loading...

Şərh yaz:

26 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 17 Noyabr 08:2370

    Bazar gününüz uqurlu, maraqlı, gözel olsun.

    Cavab yaz
  • Anonim
    &&& · 17 Noyabr 09:2621

    Sabahin xeyir gözəl bacım

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 17 Noyabr 09:3721

      Sabahin xeyir olsun canım bacim .Necesen kef ehvalin necedi bəbişlər necedi Melek necedi ? Öz veziyyetün Kral Kraliça neynirler ?

      Cavab yaz
      • Anonim
        &&& · 17 Noyabr 10:0410

        Şükür canım bacım çox yaxsıdılar onlar olmasalar bilmirem nece olaram Allaha qurban olum çox şükür ki onlar var

        Cavab yaz
      • Anonim
        &&& · 17 Noyabr 10:0615

        Hamisindan zəhləm gedir çox safam o qədər xain o qədər məkrlidirlərki basa dusmeden bir hiylelerinden o birsine dusurem çox safame o qədər ureyim yumşagdiki ama mende daslasacam görecekler

        Cavab yaz
      • Anonim
        &&& · 17 Noyabr 10:0815

        Bu gün səhər acilib yoldasim evdə həvəsnən oturmusug süfreye yene baldızım kefimi korladi eledi sıfır

        Cavab yaz
      • Anonim
        &&& · 17 Noyabr 10:1234

        Yoldasim derki əlimə biraz pul dussun bir masin var bunu satib onu almag istirem qizda deyirki sən hər seydən tez bezirsen yaxsiki arvadivi deyismirsen o birsi balduzumda deyirki düz deyir sən tərbiyelisen deye elesen yoxsa sən tez bezensen deyiserdin iki balduz iki olarin usaglari qaynana qaynata hamisi bir birinden “mələk”

        Cavab yaz
        • Anonim
          Esra Ibrahimli(Samaxi) · 17 Noyabr 10:5362

          Onlara de ki, Allahdan qorxsunlar Melekler her zeman saf insanin qelbinde olur .Denen deyişse uduzan O ve siz olacaqsiniz.Seni kiminin qedir qiymetin bilmirlerse yanmağ onlara en boyuk mukafatdi Cehhennemin dibinde zaqar olarlar İnsallah.Menim de kefim dunen gece pozuldu

          Cavab yaz
        • Anonim
          7 64 · 17 Noyabr 11:4233

          Qizim ailenden muqayat ol. Onu bil ki terbiye gormeyen insanlarla yasamaq cetindir.Deyilen sozleri bos ver getsin yoldasivin xetrine

          Cavab yaz
    • Anonim
      Zəhra · 17 Noyabr 11:1800

      Sara Xatun necəsən yerlim? Balacan necədi?

      Cavab yaz
  • Anonim
    Zəhra · 17 Noyabr 11:1370

    Allah salamı olsun hamıya

    Cavab yaz
  • Anonim
    Zəhra · 17 Noyabr 11:1510

    Esra salam .Necəsən? Keçən dəfə yazmısan cvb yazammadım Çox sağol.Mən yaxşıyam deyəsən.Növbəti həftə yenə imtahan olacaq.O qədər olur ki Anlamıram niyə belə oldu.Vaxtım olmamışdı.Azad, Səma necədi? Ümid edirəm yaxşısan!

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 17 Noyabr 13:1534

      Zehram canimmm biliren vaxtin yoxdu. Her zeman yaxsi olasan Orta mekteb deyil asan ola Ali mekteblerde coxx cetin olur.Eminem ohdesinden gele bilirsen Fevralda tetil olacak sieler ucun dincelersen İnsallah.Mende yaxsiyam Azadda Sema da yaxsidi Sema ucun coxx darixiram evvelkiler kimi gore bilmirem onlarda da dersler cox olur .

      Cavab yaz
      • Anonim
        Zəhra · 17 Noyabr 23:5200

        Canım mənim bilirdim başa düşəceysən.Çox darıxıram sizçün .Bir parçam əskikmiş kimi oluram .Səmanın , Azadın yaxşı olmağına sevindim .Mən olmasam və Murad yazsa salamımı çatdırarsan.Sən nə edirsən? Qəşəng yeməklər bişkrirsən? Yoxsa S ya makaronlar bişirirsən yenə? Hazərlaşırsan səndə yəqinki? həə???

        Cavab yaz
  • Anonim
    Zəhra · 17 Noyabr 11:1771

    Şəmkirli qardaşım salam.Necəsən? Keçən dəfə sən də yazmışdın .Şənbə, bazar da yazmırsan deyə.Daima qəlbimdəsiz vaxt yoxdu sadəcə.Dostlara gəldikdə isə mənim burada dostum yoxdu.Tanışlarım var.Dost böyük kəlmədi .O da sənə və buradakılara yaraşar.İşlərin necədi? Mən tükənmişəm)))

    Cavab yaz
    • Anonim
      Şemkirli · 17 Noyabr 14:1901

      Elekume Salam Zehra Sukur Bizde Yaxsiyiq yaxsi olssan,,Yaxsi Biz yoldaslarini deyim unutma(( DOST sozu belkede Vaxdile böyuk ola bilerdi amma İndi?????,,,,Cox Sagol Meni de deyerlendirdiyin ucun,,,Tukenmek dediyin o ezyyettdii Heyatin Menasi Menim fikirimce Allah Sevdiyi hec bir bendesine eziyyetsiz hecne vermir helelik.....Mohkem ol ozne yaxsi bax arada da Qroskop seyfesine baxxx(((((((

      Cavab yaz
      • Anonim
        Zəhra · 17 Noyabr 23:5000

        Can çox sağol.Baxaram dəyərli qardaşım .Sizləri unutmuram .Daima beynimdəsiz.Sadəcə telüfonla çox vaxt itirmirəm.O qədər rsim olur ki((Amma şükürlər olsun hamısına vaxt çatır.21 saat oyaq oluram cəmi.Yuxusuzluq problemim var və bu problemə görə əsəblərim yerində deyil.3-4 saat yatıram cəmi(( nəyisə belə..Gecən xeyrə .Özünə yaxşı bax qardaşım .Uğurlar

        Cavab yaz
  • Anonim
    zyuma..a · 17 Noyabr 13:27140

    Yazmaq fikrim yox idi...Ancaq &&&.sizin şerhinizi oxuyanda sonra qerar geldim ki yazim..Hörmetli. &&& xanım.. mence siz aile meselelerinizi bura cıxarmamalısız..çalışın bir az sebrli olun.. evde her kese qarşı hörmetle yanaşın mehriban olun.. baldızlarınız yeqin sizden balacadırlar .. anlayışlı deyiller.. Siz anlayışlı olun be eger yoldaşınızı sevirsinizse her şeyi ona xatir kecin.. Aile bir qaranlıq meşedir deyirler.. Çalışın orda baş verenleri qıraga çıkarmayın.. eks halda her şey mecrasından cıxacaq.. Aranızda olan perde götürülecek ve siz her şeyi ittireceksin..Qoruyun ailenizi ezizim.. Bu heyatda aileden gözel.. isti bir ocaq yoxdur.. Söz-söhbet ele bir şeydir ki.. ister -istemez bu ocağın istisini azardır..

    Cavab yaz
  • Anonim
    zyuma..a · 17 Noyabr 13:29130

    Uca ALLAH hec bir ailenin ocağını söndürmesin..

    Cavab yaz
    • Anonim
      Zyuma ya · 17 Noyabr 14:0981

      Çox sag olun deyerli sözlerinize göre Men başqa bir şerhçiyem amma sizin fikirlerinizi seve seve oxudum bele fikirleşdimki savadlı qadınsız Allah size can saglıqı versin

      Cavab yaz
  • Anonim
    zyuma..a · 17 Noyabr 15:0141

    14..09-a Siz sağ olun.. Aileni qorumaq lazımdı..

    Cavab yaz
    • Anonim
      Men · 17 Noyabr 15:2420

      Men bilmirem dislayk edenler mite edirler düzgün söze

      Cavab yaz
    • Anonim
      Mahir · 17 Noyabr 15:5522

      Bu gun milli dircelis gunudur. Haminizi tebrik edirem.

      Cavab yaz
  • Anonim
    &&& · 17 Noyabr 16:0322

    Xanim hər dəfə dözməyib yazanda sizin kimi meslehet verənlər olur basa dusurem mende sizin yerinizde olsaydim ele deyerdim

    Cavab yaz
  • Anonim
    &&& · 17 Noyabr 16:0312

    Ama məndə hər sey basqadir

    Cavab yaz
  • Anonim
    zyuma.a · 17 Noyabr 17:4830

    Gözel xanım &&&..Her işin başında sebr durur.. Siz sebrli olun.. Her şeyin nece gözel oldugnu göreceksiz..inanin..

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.