Cəmiyyət

Günün qoroskopu: bu günə yeni qərar, yeni plan və ya yeni layihə ilə başlamayın

8 Noyabr 2019 00:01
19 Şərh     Baxış: 5 814

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç -  gün ərzində fəal çalışıb, sonra dincələ bilərsiniz. Amma əyləncə hisslərinə və istəklərinə qapılmayın. İnsanların çox olduğu yerlərdə vaxt keçirmək fikrinə düşməyin.
Şəxsi həyatda təmkinli, ağıllı və müdrik davranın. 
Maliyyə imkanlarını olduğundan artıq dəyərləndirib bədxərclik etməyə, özünüzü pula pul deməyən adam kimi göstərməyin.

Buğa - neytral gün olacaq. Təsərrüfat işlərini və ümumiyyətlə, bütün mühüm işləri günün ilk yarısında görməyə çalışın. Hadisələr öz axarı ilə, təxminlənən məcrada inkişaf edəcək. 
İşdə təmaslar və söhbətləriniz asan alınacaq, nəyisə müzakirə etmək fikrinə düşsəniz, məqsədinizə çatacaqsınız. Anlaşma əldə etmək asandır.
Bununla belə, böyük ümidlər bəslədiyiniz mühüm işi bu gün gerçəkləşdirməyə çalışmayın.

Əkizlər - bu gün işlər çox olsa da, bir qədər rahatlaşacaq, özünüzü asudə hiss edəcəksiniz. Gün keçdikcə, işlərinizi idarə edəcək və anlayacaq ki, insan şərtlərdən yox, şərtlər insandan asılıdır. 
Səhər saatlarından etibarən sizə mane olmağa çalışan insanların əməllərini, onların işlərinizə təsirlərini hiss edəcəksiniz. Üstəlik, bəzi adamlar öz problemləri və emosiyalarını, dərd və yaşantılarını sizə yük etməyə çalışacaqlar.

Xərçəng - səhər saatlarında bütün diqqətinizi çoxdan bəri planlaşdırdığınız işə yönəldin. Problemlərdən qaçmayın, çünki onlardan uzaqlaşmaq problemləri həll etmək deyil.
Münaqişə və mübahisələrə qatılmayın, anlaşılmazlıqlar yaratmayın. 
İşlərin əksəriyyətini günün ilk yarısında görə bilsəniz, günün ikinci hissəsini bir qədər rahat keçirə bilərsiniz.
Axşam saatlarında zamanı boşuna keçirməyə çalışmayın.

Şir - bu gün görəcəyiniz ən yaxşı iş özünüz olmaqdır. Yaxın ətrafınızı davranışınız, zəhmətkeşliyiniz, əməksevərliyiniz və səmimiyyətinizlə sevindirin. Hətta bədxahlarınız belə, sizin qarşınızda duruş gətirə bilməyəcəklər. Onların bəzilərini öz tərəfinizə çəkməyə çalışın.
Romantik əlaqələr üçün yaxşı gündür. Sizdən tələb olunan yeganə məqam layiqli insanı tapmaqdır. Tələsməyin. Müşahidə və müqayisə edin, nəticə çıxarın. Yaşlı qohumların məsləhətlərinə qulaq asın.

Qız - adi işlərlə məşğul olmaq, gündəlik və rutin qayğıları çözmək üçün əlverişli gündür. Başgicəlləndirici uğurlar gözləməyin. Bununla belə, əvvəl başladığınız və bu gün başa vurduğunuz işə görə ədalətli mükafat ala bilərsiniz. Gərgin rəqabətə hazır olun - bu mübarizədə qalib gəlmək asan deyil. Nüfuzlu və güclü insanın dəstəyi yerinə düşər, faydalı olar.
Yaxın insanlarla, dostlarla, ailə üzvləri ilə dil tapmaq asan olmayacaq. Anlaşılmazlıqlar ciddi səviyyəyə çata bilər. Xırdalıqlara və detallara çox fikir verməyib, diqqəti mühüm məsələlərə yönəldin.

Tərəzi - bu gün ən kiçik detalları nəzərə alın, hadisələrin bütün inkişaf məcralarını nəzərdən keçirin. Planlarınızı uzunmüddətli və perspektivli edin. Sizə yardım və dəstək üçün müraciət edəcəklər. Bu, nüfuzunuzun artmasına dəlalət edir.
İşdə kiçik qələbələr və uğurlar olacaq. Şəxsi həyatda isə ciddi irəliləyişlər gözləməyin. Hisslərinizi dəqiq ayırd edə bilmədiyiniz üçün sinirlisiniz.
Tələsməyin. Baş verənləri, yaşananları aramla gözdən keçirin, onların virtual siyahısını tutun, sonra siyahıya diqqətlə baxın. Belədə, narahatlığın gerçək səbəbini tapa bilərsiniz.

Əqrəb - sevdiyiniz insana olan hissslərinizi bu gün təzahür etdirməyin, təvazökar olun.
Yaxşı tanımadığınız insanlarla münasibətlərdə sərvaxt olun. Dostlar və yaxın insanlarla söhbət zamanı onların demək istəmədiklərini mütləq, nəyin bahasına olursa-olsun, öyrənməyə çalışmayın.
Dəyər verdiyiniz insan barədə acı həqiqəti ona dərhal söyləməyin.

Oxatan - iş axtaranlar elanlara və dostların məsləhətlərinə inanmasınlar. İşi özünüz tapın. İş yeri və imkanı olanlar isə səhər saatlarını qənimət bilərək günortaya qədər maksimum məhsuldarlıqla çalışsalar, pis olmaz. İşgüzar olun, təsadüfi maneələr və ya bədxahlarınızın eyhamlarına, yalnız uğursuzluğunuzu istəyən şəxslərin atmacalarına aldanmayın, belə sözlərə sinirlənməyin.
Dostunuzun yeni planı və ya rəqibinizin qəribə davranışı sizi təəccübləndirə bilər. Narahat olmayın, bütün bunlar yaxşılığa doğru dəyişikliklərdir.

Oğlaq - səhər saatları işgüzar verilişlər, avtoservisə baş çəkmək, gəzinti və iş səfəri, tərəfdaşlarla və ya şəriklərinizlə danışıqlar üçün əlverişlidir. 
İmkan, bilik və ya bacarıqlarınızı artırmaq üçün gərəkli informasiya mənbəyini, ya da lazımlı adamı arayıb tapın.
Axşam saatları evdəki şəraitin nə yerdə olduğunu aşkar göstərəcək.

Dolça - səhər saatlarında işlərin çoxluğu sizi bir qədər narahat edə bilər. Rutin işlərlə özünüzü yükləməyin, əks təqdirdə səhhətinizdəki problem ağırlaşa bilər. 
Günün ikinci yarısında iş tempini bir qədər aşağı salın. İllah da ki, qarşınıza qoyulan şərt və tələblərdə dəyişikliklər olacaq.
Qarşılıqlı münasibətlər, əməkdaşlıq, maraqların balansına xüsusi diqqət yetirin.
Axşam saatları emosiyaların izharı üçün əlverişli vaxt deyil.
 
Balıqlar - bu günə yeni qərar, yeni plan və ya yeni layihə ilə başlamayın. Belə olarsa, yeniliyə marağınız tezliklə azalacaq və ya ümumiyyətlə, heç nə alınmayacaq.
Günün ikinci yarısı daha məhsuldar olacaq. 
Bu vaxtda başqalarının sizə sırımağa çalışdıqları avantüralara yox, əsl işlərə, qarşınızda duran məqsədlərə diqqət verəcəksiniz.
Bəzi hadisələr və ya xəbərlər qeyri-adi, paradoksal təsir bağışlaya bilər.

Milli.Az

loading...

Şərh yaz:

19 Şərh:

  • Anonim
    Zəhra · 8 Noyabr 00:3272

    Salam Dostlar necəsiz? Bugün vaxt tapdım yazmaq istədim.İşlər necə gedir əzizlərim:-)

    Cavab yaz
  • Anonim
    Ulya · 8 Noyabr 08:4372

    Cüməniz mübarək!

    Cavab yaz
  • Anonim
    Ulya · 8 Noyabr 08:4482

    Bir gündə üzünü görmədən keçdi, Mən nələr yaşadım bu bircə gündə Bir gündə səsini duymadan keçdi, Sükutla savaşdım bu bircə gündə. Həsrətin hökm etdi gözlərim doldu, Ürəyim gül kimi saraldı soldu Sənsiz bu bircə gün bir ömür oldu, Ölüm yaxınlaşdı bu bircə gündə.

    Cavab yaz
  • Anonim
    Ulya · 8 Noyabr 08:5382

    Danışma sevgidən, danışma eşqdən, Söz salma vurulan dəli aşiqdən. Mən ki istəmədim məni sevməni, Elə ürəyində gizli sev məni. Hərdən oğrun-oğrun baxışlarınla, Kipriyə düzülmüş göz yaşlarınla, Axan damla ilə savaşlarınla, Elə ürəyində gizli sev məni. Bu sevgi yandırar səni köz eylər, Heç kimə söyləmə, bilən söz eylər, Eyhamlı eyhamlı baxar, göz eylər, Elə ürəyində gizli sev məni. Gözlərin hər yerdə arayar məni, Dəli aşiq olan anlayar səni, Yığılar el gələr, qınayar məni, Elə ürəyində gizli sev məni. Nə səni anlarlar, nə də ki məni, Çiskini sevməzlər, nə də ki çəni, Secib yalnızlığı bir də ki qəmi Elə ürəyində gizli sev məni. Gəl əl çək sevdandan, bu inadından, Demirəm gəl unut, çıxart yadından, Bacarsan uzaqdan bir dost adından Elə ürəyində gizli sev məni.

    Cavab yaz
  • Anonim
    Ulya · 8 Noyabr 08:5483

    Darıxsan, yadına bir gün mən düşsəm, Köhnə şəkillərə bir nəzər yetir. Onlarla dərdləşib, görüş, öpüş sən, Hərdən xəyalları misafir gətir. Nə vaxtsa üstünə yagarsa yağış Menim də yerimə onunla danış. Daha həsrətimlə vuruşma, barış. Hərdən gözlərində sellərə qarış. Oyansa nə vaxtsa yatmış xəyallar, Nə vaxtsa gözündən qaçsa yuxular, Üzülmə, xəyalım nigaran qalmış. Hərdən xəyalıma özündən danış. Bir gun ürəyinə sözlər yığılsa, İncitsə qəlbini, qəlbin sıxılsa, Çəkil öz dünyana, dərdləş qəlbinlə. Hərdən ürəyində danış mənimlə.

    Cavab yaz
  • Anonim
    Ulya · 8 Noyabr 08:5582

    Bu gecə bürünüb sənsizliyimə Yenə mən sakitcə səni düşündüm. Sənsizlik alışıb səssizliyimə. Səssiz həsrətində yenə üşündüm. Gecəyə bürünüb sukuta döndüm Sevgim ürəyimdə üsyan etsə də. Dəf edib üsyani süquta döndüm Nakam məhəbbətim giryan etsə də. Bu gecə bürünüb acizliyimə Qapıldım mən yenə öz xislətimə. Bağışla hər seyi zəifliyimə, Məni qurban eylə sədaqətimə. Bu gecə bürünüb yağan yağışa Yağdım damla-damla ötən günlərə. Dünyanı verərdim bircə baxışa, Heyif sənsiz ötüb keçən illərə. Bu gecə bürünüb əsən küləyə Dolandım aramla mən küçə, dalan. İzinlə çıxmışdım yenə gəzməyə, Çalışdım iyini onlardan alam. Bu gecə bürünüb dərdi-sərimə Qaranlıq otaqda baş-başa qaldım Daldım xəyalına, çıxdım seyrinə, Sənin sorağını qəlbimdən aldım.

    Cavab yaz
  • Anonim
    Ulya · 8 Noyabr 08:5782

    Demirəm ki, məni çağır yanına. Hərdən yadına sal, xatırla məni. Bilmirəm nə deyək bunun adına Bir tutsan sən əgər yadlarla məni. Demirəm yad eylə gecələr məni... Bəsimdir gündüzlər yadına düşsəm. Şüurun bilərək gizlədər məni, Şüurun altında mənə yetiş sən. Demirəm ki, yaşat qəlbində məni. Köksünün bir küncü qoy mənim olsun. Qoy olsun kədərin, qəmin də mənim, O mənə verdiyin bu küncə dolsun. Demirəm sev məni ömrün boyunca. Məni kaşkilərlə qəlbində qoru. Biz sevə bilmedik könül doyunca, Bilmədik bu kimin oyunu, toru. Demirəm ki, məni yaz üreyinə. Yaz köhnə kitabın son vərəqinə Mənə söylədiyin o kəlmələri. Adımın yerinə düz nöqtələri.

    Cavab yaz
  • Anonim
    Ulya · 8 Noyabr 08:5782

    Sabahı olmayan xeyirsiz eşqin Ayrılıq nikahın qıydım bu sabah, Könlümə qəsd etdim, boğdum sevgimi, Mən sevən könlümə qıydım bu sabah

    Cavab yaz
  • Anonim
    Ulya · 8 Noyabr 08:5872

    Sən mənim sirrimsən... Deyə bilmədiyim. Saxladığım, gizlədiyim. Unutmaq istədiyim. Sən mənim dərdimsən. Bölə bilmədiyim. Qəlbimi incidən, ömrümü yeyən, Səni xatırladıb öz sözün deyən. Sən mənim arzumsan. Çata bilmədiyim. Ömrümdən gedən, dərdimdə itən. Qəlbimdə sızıntım, qəlbimdə sitəm. Mənim həsrətimsən. Ata bilmədiyim. Qəlbimdə bəslənən, qəlbimdə bitən. Günbəgün böyüyən qəmli abidəm. Gizli nifrətimsən... Boğa bilmədiyim. Ömrümü talan edən, sevinci haram edən, Könlümü viran edən... Acımsan, içimdəki sancımsan, Acımayan zalımsan Hicrini məhrəm bilib qəlbimə hərəm edən... Səadətimi alıb mənə naməhrəm edən. Düyümlənib boğazda eləcə düyüm qalan, Qəhərimlə yoğrulan, İnləməkdən yorulan, boğulan fəryadımsan.

    Cavab yaz
  • Anonim
    Ulya · 8 Noyabr 08:5873

    Mənim doğma yadımsan... Səssiz bir firtinamsam... İcimdə tuğyan edən, Gözümdə fəğan edən, Aram-aram kiriyən, ara-sıra kükrəyən, Qəfildən üsyan edən. Mənim səadətimsən. Ömrümə doğulmayan, için-için ağlayan Könlümü giryan edən, könlümü hüsran edən. Həsrəti usanmayam. Həsrətli baxişımda gözləri zindan edən, Qəlbi tarimar edən... Tutduğum azarımsan könlümü bimar edən. Qəlbimdəki sevgimsən gizli ahu-zar edən. Ümidimsən son olən, dərdi qəm ilə bolən Qəbir əzablarını elə qəlbimdə çəkən Helə qəlbim sağikən... Azıb qalan ruhumsan. Canimdan ayrı düşüb, ayrı gəzib dolanan, Canımı oda salan, canı yandırıb yaxan. Qəlbimdəki yaramsan... Qaysağı qurumayan. Adın hər çəkiləndə qopub yenə qanayan, Qəlbin hər atışında qan qusub, qan ağlayan... Damarımda qan deyil sənin adındır axan. Sən mənim bir paramsan... Səndən ayri düşdüyüm günlərdən daha toxam. Firqətindən, hicrindən bilmirəm varam, yoxam. Dərdi bölə bilmədim, derddən bölünmüş çoxam. Cismim yerdə dolasır, ruhumla çoxdan yoxam.

    Cavab yaz
    • Anonim
      Шалаle · 8 Noyabr 09:3050

      Yanan biler sevgi agrisini

      Cavab yaz
    • Anonim
      Nara · 8 Noyabr 19:0120

      Ulya xanim ellerine sagliq.oxuyub tesekkur etmeden kecmek mumkun olmadi.hissleri deqiqlikle ifade eden tam hedefe deyen sozler.mukemmel...muellifini de yazardiz mumkunduse

      Cavab yaz
      • Anonim
        Ulya · 8 Noyabr 22:3700

        Müəllif Şəhla Qəmgin...

        Cavab yaz
  • Anonim
    Ulya · 8 Noyabr 20:1420

    Bir gün məhəbbət haqqında danışdım sənə, Sən məni başa düşmədin,duymadın yenə, Dedin yox... Mən dedim günəş sarıdır,sən dedin qara, Mən dedim qışda gəzərkən iz düşür qara, Dedin yox... Dedim mən səni tək qalmağa qoymayacağam. Səni tərk edib başqasıyla olmayacağam. Dedin yox Dedin yox Dedin yox... Dedin yox Dedin yox Dedin yox... Mən dedim fəsil dəyişir keçəndə aylar, Dedim bir il içində on iki ay var, Dedin yox... Mən dedim yumsan gözünü düşər qaranlıq, Yum gözünü məni düşün,düşün bir anlıq, Dedin yox... Niyə bəs açıq söyləmədin istəyini sən. Sevsəm də səni indi məcburam gedəcəyəm. Dedin yox Dedin yox Dedin yox... Dedin yox Dedin yox Dedin yox... Mən dedim bu davranışdır könlümü üzən. Gəlmişəm daha qərara getməliyəm mən. Dedin yox... Mən dedim quşlar uçarkən qanad açarlar. Mən dedim ulduzlar göydə işıq saçırlar. Dedin yox... Dedim mən səni tək qalmağa qoymayacağam. Səni tərk edib başqasıyla olmayacağam. Dedin yox Dedin yox Dedin yox... Dedin yox Dedin yox Dedin yox...

    Cavab yaz
  • Anonim
    Ulya · 8 Noyabr 20:1420

    Bilirəm səni sevəcəklər məndən sonra. Amma bilirsən,sıradan biriləri kimi sevəcəklər. Görüşmək,şam yeməyi,bir dəstə gül və.s Amma mənim kimi paltarını necə geyinməyini, Ayaqqabılarını təmizləməyini,şalvarının ütülənməyinə həssas yanaşmağını Eyvanda oturub siqaret çəkə-çəkə gözlərinin yol çəkməyini,səni yalandan qısqanmıram deməyini, Saçlarını daramağını,qalstkunu boynuna sıxmağını, Hətta əsəbləşib qapını çırpıb getməyinə kimi mənim tək səni sevən olmayacaq. Bax buna əminəm. Odur ki çox rahatam. Deyirəm yox!

    Cavab yaz
    • Anonim
      Nara · 8 Noyabr 21:2020

      Ulya xanim,serhsiz..burada ancaq Mirze babayevin limanlar mahnisini dinlemek isteyirsen

      Cavab yaz
      • Anonim
        Ulya · 8 Noyabr 22:3600

        Son iki şeir Röyanın yeni ifasındandır. Diqqətə görə təşəkkürlər.

        Cavab yaz
  • Anonim
    Zyuma · 8 Noyabr 23:3010

    Ulya can...Deli bir ağlamaq kecir könlümden..!

    Cavab yaz
  • Anonim
    Zyuma · 8 Noyabr 23:3610

    Ulya sonsuz teşekkürler...

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.