Cəmiyyət

Bakıda 2 ay əvvəl xəstəxanada ölən vərəm xəstəsi kim imiş?

9 Oktyabr 2019 22:10
0 Şərh     Baxış: 4 057
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda 2 ay əvvəl xəstəxanada ölən şəxsin kimliyi məlum olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə avqustun 30-da 2 saylı Vərəm Əleyhinə Dispanserdə baş verib. Avqustun 27-də kəskin ağ ciyər xəstəsi olan şəxsiyyəti məlum olmayan kişi küçədən Təcili Tibbi Yardım Briqadası ilə dispanserə gətirilib. Aparılan müalicələrə baxmayaraq həmin şəxs avqustun 30-da xəstəxanada dünyasını dəyişib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində həmin şəxsin 1970-ci il təvəllüdlü Hümmətov Məhəbbət Əjdər oğlu olduğu müəyyən edilib.

Meyit mərhumun yaxınlarına təhvil verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.