Cəmiyyət

Günün qoroskopu: gərgin, ağır və mürəkkəb intellektual fəaliyyət üçün yararlı zamandır

23 Avqust 2019 00:01
16 Şərh     Baxış: 5 310

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - təhlükəsizliyinizə və işinizin səlis yerinə yetirilməsinə fikir verin. Hadisələrin bir qismini nəzarətdə saxlayın. Məntiqli olun, soyuqqanlı və təmkinli davranın.
Emosiyalara uymayın, avantür təkliflərə aldanmayın. Problemlərə reaksiyanı qeyri-emosional səviyyəyə salın. İşin məhsuldarlığı yüksək olacaq. Lakin ifrat dərəcədə çalışmayın.
Səhhətinizlə bağlı problem riski var.
Yardım və ya qayğı təklif olunursa, inadkarlıq etməyin. İşin "zəif həlqə"sini nəzarətdə saxlayın.
Yeni maraqlar üçün yaşam arealında gərəkli məkan yaradın.

Buğa - günün ilk yarısından etibarən bir çox işlərin öhdəsindən gələ bilərsiniz. Tələskənliyə yol verməyin, vurnuxmaların fiqurantına çevrilməyin. İşgüzar əlaqələri intensivləşdirin. 
Günün ikinci yarısında işdə rəhbərlik təmaslarda səbrli olun, təmkinli davranın. Dostlarla, dəyərli insanlarla ümumi işləri müzakirə etmək olar.
Mübahisəli məsələləri gündəmə gətirsəniz, qarşı tərəfin mövqelərini də nəzərə alın.
Axşam saatlarında alış-verişə yollanmaq olar.

Əkizlər - məntiqlə davranın, radikal qərarlar qəbul etməyin. Həddən ağır iş görərək özünüzü yormayın. İfrat yorğunluq bir çox xəstəliklərin mənbəyidir.
Rasionunuza fikir verin. İşlə bağlı məsələlərin həllində aktiv olun.
Günün ikinci yarısında rutin işlər təcili çözümünü tələb edir. Sevdiyiniz insanla ciddi söhbəti təxirə salın. Bu gün münasibətləri ayırd etmək üçün əlverişli zaman deyil.
Anlaşılmazlıq və mübahisə riski az deyil.

Xərçəng - yaxın ətrafınıza, yaşam arealınıza diqqət yetirin. Ağıllı və fəndgir davranın, ehtiyatı əldən verməyin.
Qüvvələrinizi bərpa etməyə çalışın. Bunun üçün təmrinləri və ya prosedurları müəyyənləşdirin.
Yeni informasiya alına bilər. Bu xəbər işlərin gedişatında, işgüzar tərəfdaşlarla münasibətlərdə dəyişikliklər yarada bilər.
Başlanmış prosesi dayandırmağa can atmayın, çünki niyyətiniz reallaşmayacaq.
İşdə kiçik, amma önəmli detalı aşkarlayın. O detal və ya ünsür işi tamamlamağa, onu mənalandırmağa imkan verir.
   
Şir - hisslərinizə uyaraq düşünülməmiş addımlar atmayın. Günün emosional fonu sizdən rasional və praqmat davranış tələb edir. Həddən artıq aktiv olmayın. Zərurət varsa, tempi bir qədər aşağı salın.
Günün ikinci yarısında şəriklər və ya tərəfdaşlarınızdan biri sizə sürpriz edə bilər. Gözlənilməz hadisələrə hazır olun. Situasiyanın ani dəyişkliklərindən faydalanın.
Axşam saatlarında gəzintiyə çıxın.

Qız - ünsiyyətdə qarşılıqlı maraqları ön plana çəkməyin. Kompromisslərə meylli olun. Əhvalınız və səhhətiniz imkan verirsə, daha çətin işlərə başlamaq olar. Fəaliyyətinizdə ciddi, əhəmiyyətli dəyişikliklər olmayacaq. Rutin işləri ənənəvi qaydada yerinə yetirin.
Günün ikinci yarısında ailə üzvlərindən birinin təcili yardıma, dəstəyə ehtiyacı yaranacaq. Ona kömək edin, laqeyd davranmayın.
Sizə dəyər verən insanlarla münasibətləri korlamayın.
Axşam saatlarında internetdə çox vaxt keçirməyin.

Tərəzi - mənəvi və fiziki sağlamlığın vəhdətinə nail olun. Çalışdığınız şəraitin rahat, yeni planların reallaşdırılması üçün əlverişli olmasına can atın. Var qüvvənizlə işləyirsinizsə, nəticənin də məntiqi olmasına can atın.
Günün ikinci yarısında işdə rəhbərliklə danışıqlarınızın təfərrüatlarını həmkarlarınıza danışmayın. Şəxsi məsələlərdə tərəfdaşın qayğılarını və fikirlərini nəzərə alın.
Laqeyd, soyuqqanlı, eqoist olmayın.

Əqrəb - istənilən, hətta ən kiçik işlərdə fayda və mənfəət arayın. Hadisələri tələsdirməyin. Etdiyiniz seçimi dərhal açıqlamayın. Ev işləri və ailə tədbirləri üçün əlverişli zamandır.
Yeni işə və ya fəaliyyət sahəsinə maraq yarana bilər.
Günün ikinci yarısında yeni ideya və fikirlərinizi yaxın ətrafınızdakı insanlarla bölüşə bilərsiniz.
Axşam saatlarında aktiv istirahəti seçin.

Oxatan - günün ilk yarısından səs-küydən, qarmaqarışıqlıqdan uzaq olun. Əhvalınızı poza biləcək insanlardan uzaq durun. Dəyər verdiyiniz insanlarla birgə fəaliyyətə üstünlük verin. 
Günün ikinci yarısında xidməti səlahiyyətlərinizi yerinə yetirərkən yaxın perspektivi düşünün. 
Axşam saatlarını sevdiyiniz insanla keçirin. Münasibətlərdə harmoniya yaradın.

Oğlaq - günün ilk yarısından etibarən aqressiv olmayın. Dəyər verdiyiniz insanlarla normal davranın. Kollektiv fəaliyyətdə fayda var. Çətin durumlarda təmkinli davranın, emosiyalara qapılmayın. 
Günün ikinci yarısında qəliz vəziyyətlərin həlli çox asandır. Küsülülərin barışma şansı var. Köhnə problemləri asanlıqla həll edə bilərsiniz.
Axşam saatlarını ailə üzvlərinə həsr edin.

Dolça - gərgin, ağır və mürəkkəb intellektual fəaliyyət üçün yararlı zamandır. Önəmli qərarlar qəbul edəndə tələskənliyə yol verməyin. Yeni layihəyə başlamaq üçün münasib zaman olsa da, situasiyanı tam dəqiqliklə qiymətləndirin.
Təşvişə düşməyin. Vurnuxmalara aldanmayın.
Günün ikinci yarısında xüsusi diqqət və ehtiyatlı davranış tələb edən məsələlərdə yüz ölçüb, bir biçin. Axşam saatlarında yaxınlarınızla ünsiyyətdə anlaşılmazlıqlar yarana bilər. Ailə üzvlərinə yetərincə vaxt ayırın.
Stressdən mütləq şəkildə qurtulun.

Balıqlar - günün ilk yarısından etibarən yaxın ətrafınızdakı insanlarla və qohumlarınızla münasibətlərdə gərginlik yarana bilər. Yaşlı qohumların, ailə üzvlərinin dediklərini dinləyin. Məsləhətləri qulaqardına vurmayın.
Günün ikinci yarısında problemlərin həllinə yaradıcı yanaşın. Tapşırıq və sifarişləri vaxtında, keyfiyyətlə yerinə yetirin. Cari öhdəlikləri unutmayın. 
Axşam saatlarını dostlarınızla keçirin. Səs-küylü məclis əhvalınıza mənfi təsir edəcək.

Milli.Az

loading...

Şərh yaz:

16 Şərh:

  • Anonim
    Esra ıbrahimli (Şamaxı) · 23 Avqust 00:0530

    Cüməniz mübarək olsun.

    Cavab yaz
    • Anonim
      Ulya · 23 Avqust 17:3100

      Seninle bahem

      Cavab yaz
  • Anonim
    Esra ıbrahimli (Şamaxı) · 23 Avqust 00:0831

    Status-yaponlar deyir heç kimin bacarmadıqın biz bacarırıq Azərbaycanlılar deyir heç kim bacarmırsa biz necə bacaraq.

    Cavab yaz
  • Anonim
    delisov · 23 Avqust 01:3108

    geceniz xeyre yuxunuz dowab olsun

    Cavab yaz
  • Anonim
    Ulya · 23 Avqust 01:33130

    Yüküm qarışqa tək ağırdı mənim, Solum da, sağım da yağıdı mənim, Qulağım çox sözə sağırdı mənim, Sözə köklənmişəm, bənd olasıyam. Kirpiklərim oldu gözün hasarı, Aramıza doldu sözün hasarı, Bu yaranı qaldır özün, ha sarı, Ömrümsüz ömrünə tən dolasıyam. Boşluq içindəyəm, yuxu kimiyəm, Bəlkə sənin üçün çoxu kimiyəm, Dünyanın firlanan oxu kimiyəm, Yəqin son mənzildə bənd olasıyam

    Cavab yaz
  • Anonim
    Ulya · 23 Avqust 01:33130

    Yanında durmuşam, xəyal kimiyəm, Tut, saxla baxışla, gözündə məni, Ruhunda açılmış bir yol kimiyəm, Gəlirəm, bağışla, özün də məni.! Yuxumda az axtar, məni az ara, Sənsiz cismim düşüb dərdə, azara, Əlinlə qoy məni, qoşa məzara, Suya çək yağışla, gözündə məni. Doğransam ruhumla dilim-dilim də, Kimsəyə “sevdamsan” - deməz, dilim də, Bir sənin adın var, vallah, dilimdə, Sən sına sal daşla, dözümdə məni. Deyirsən, gəlmə heç sən mənə sarı, Sənsizlik ölümdü gözümdə sarı, Səninlə aramda duran hasarı Gəl götür barışla, süz indi məni. Baxsan, görərsən ki, viran, söz bağım, Baxır gözlərimdən toran, göz bağım, Yazmasam, qan olar yaram, söz bağım! Sirr oldum bu yaşla, çöz, indi məni!

    Cavab yaz
    • Anonim
      Zəhra · 23 Avqust 09:0370

      ❤️☺️əla. Ulya xanım

      Cavab yaz
      • Anonim
        Ulya · 23 Avqust 17:3120

        Buyur Zehracan. Sadece Ulya deye muraciet ede bilersen))

        Cavab yaz
        • Anonim
          Zəhra · 23 Avqust 23:1720

          Çox sağolun. Minnətdaram :)

          Cavab yaz
  • Anonim
    Zəhra · 23 Avqust 09:03190

    Cüməniz mübarək!

    Cavab yaz
    • Anonim
      Ulya · 23 Avqust 17:3120

      Seninle bahem

      Cavab yaz
  • Anonim
    Tovuzlu Tutu · 23 Avqust 09:3160

    Səninlə bahəm Zehracaaan

    Cavab yaz
    • Anonim
      Zəhra · 23 Avqust 23:1810

      Tovuzlu gözəl ❤️❤️❤️❤️(*****).

      Cavab yaz
  • Anonim
    Tovuzlu Tutu · 23 Avqust 09:3110

    Göcəl Esram səninlə bərabər

    Cavab yaz
    • Anonim
      Esra ıbrahimli (Şamaxı) · 23 Avqust 09:4610

      Cox sağ ol canım Tutu

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.