Yasamalda 45 sürücü saxlanıldı - SƏBƏB - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün Yasamal Rayon Polis İdarəsnin Dövlət Yol Polis Şöbəsi ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, inzibati hüquqpozmalara qarşı gücləndirilmiş əməliyyat-profilaktik, profilaktik-maarifləndirmə tədbirləri keçirib.
Milli.Az bildirir ki, Trend-in əməkdaşının iştirak etdiyi profilaktik tədbirdə Yasamal rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən yollarda piyadaların müəyyən olunmamış ərazilərdən keçməsi, ödənilməyən cəriməsi olan və yol hərəkəti qaydalarını pozan sürücülər aşkarlanıb.
Yasamal rayon Dövlət Yol Polisi Şöbəsinin baş inspektoru, polis baş leytenantı Rauf Fətəliyev bildirib ki, gün ərzində keçirilən tədbir nəticəsində ödənilməmiş cəriməsi olan 45 avtomobil müəyyən edilərək saxlanılıb: "Həmin avtomobillərdən 19 sürücü cəriməni yerində ödədiyi üçün buraxılıb. Qalan sürücülərə xəbərdarlıq edilib.
Bundan başqa, gün ərzində 16 sürücü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanılıb. 3 sürücüyə inzibati qaydada protokol tərtib edilib, 13 sürücüyə isə maarifləndirici xəbərdarlıq edilib.
Həmçinin, gün ərzində piyadalar üçün müəyyən edilməmiş yerlərdən keçdiyi üçün 45 piyada saxlanılsa da, onlara protokol tərtib edilməyib, yol hərəkəti qadalarına riayət olunması barədə maarifləndirilib. Məqsədimiz heç də sürücü və piyadaları cərimələmək deyil, onları qaydalara əməl etməyə çağırmaqdı. Bilirsiniz ki, Bakı şəhərində baş verən yol qəzalarının 60 faizə yaxını piyadaların vurulması ilə əlaqədardır. Buna görə də bu gün cəmiyyətdə ictimaiyyətin marifləndirilməsinə ehtiyac var. İnanırıq ki apardığımız marifləndirmə tədbirləri bu sahədə müsbət nəticələr verəcək".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Anamsız bizə çətindir” - “Arzum”un qızı
-
Şuşada “Sözün həsrəti–Heydərbabaya salam" adlı bədii-musiqili kompozisiya nümayiş olunub (Foto)
-
DYP motosiklet və moped sürücülərinə müraciət etdi
-
Ən problemli sürücülər bu avtomobili sürür
-
Yeni mövsümün maraqla gözlənilən serialı “Anne yarısı”ndan yeni xəbər
-
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - (Video)
XƏBƏR LENTİ
-
DÇ-2026: İspaniya dünya çempionu oldu
-
Soğan qovurarkən bir çimdik əlavə etmək kifayətdir: Rəngi də, dadı da tamamilə dəyişir
-
Tramp Dünya Çempionatının finalını izləyir (Foto/Video)
-
Peruda zəlzələ nəticəsində 6 nəfər ölüb
-
Avtomobil bazarında durğunluq: Qiymətlər enir, alıcı tapılmır (Video)
-
"Survivor"un iştirakçısı göz yaşları ilə qarşılandı - (Foto)
-
Üzüm yarpağının suyu niyə daşır?
-
Günün qoroskopu: İş həyatınızda gözlənilməz bir fürsət yarana bilər
-
İranın zərbələri nəticəsində ABŞ hərbçiləri həlak olub
-
Messi DÇ-2026-nın finalında iki rekorda imza atıb
-
Əraqçi: İran ABŞ ilə danışıqları bərpa etməyə razılaşıb
-
Bir həftə əvvəl kanalda batan yeniyetmənin (Fotosu)
-
Qalmaqallı həkimlə bağlı növbəti iddia - Xəstəni narkozsuz liposaksiya əməliyyatı edib (Video)
-
Ən çox dəmir ehtiva edən 7 ət növü açıqlandı
-
Millimiz Avropa çempionatının B Liqasının qalibi oldu (Foto)
-
Azərbaycan–Almaniya tərəfdaşlığı: Enerjidən “yaşıl” iqtisadiyyata və tranzitə keçid
-
“Anamsız bizə çətindir” - “Arzum”un qızı
-
"Yeni oxuyan tapıb, ona görə məni atıb" - Nadir Qafarzadə
-
DÇ finallarında 48 ildən sonra ilk yaşanacaq
-
Kəngərlidə ağır qəza - ölən və yaralananlar var (Foto)
-
Əraqçi: Netanyahu İranı parçalamaq istəyir
-
Şuşada “Sözün həsrəti–Heydərbabaya salam" adlı bədii-musiqili kompozisiya nümayiş olunub (Foto)
-
Bülent Ersoy estetik əməliyyatdan sonra (Foto)
-
Tovuzda fərdi evdə yanğın oldu - 5 nəfər tüstüdən zəhərləndi (Foto)





