Lənkəran teatrı 128-ci mövsümə yekun vurub - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Lənkəran Dövlət Dram Teatrı Bəhram Beyzayinin "Senemar" faciəsi ilə özünün 128-ci mövsümünə yekun vurub.
Teatrdan Milli.Az-a bildirilib ki, tamaşadan əvvəl teatrın direktoru Tofiq Heydərov çıxış edərək yaradıcı kollektivin ötən mövsümdə qazandığı nailiyyətlərdən və qarşıda duran vəzifələrdən danışıb.
Diqqətə çatdırılıb ki, teatrın truppası keçən il noyabrın 20-dən 25-nə kimi İran İslam Respublikasının Həmədan şəhərində 25-ci Beynəlxalq Uşaq və Gənclər Teatr Festivalında Əjdər Olun "Meşəbəyinin dostları" musiqili nağıl-tamaşası, həmçinin qonşu ölkənin Zəncan şəhərində iyulun 8-dən 12-nə kimi davam edən Milli Teatr Festivalında Emil Əskərovun "Sehrbazlar dərəsi" nağıl-tamaşası ilə Azərbaycanı təmsil edib. Bundan əlavə, teatr cənub bölgəsinin rayonlarında da qastrolda olub. Sənət ocağı iyunun 1-dən 5-nə kimi 1-ci Lənkəran Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib.
Çıxışında Azərbaycanda ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan teatrlara diqqət və qayğının bu gün də uğurla davam etdirildiyini vurğulayan T. Heydərov Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə teatr işçilərinin əməkhaqlarının fərqli dərəcədə artırılmasını dövlət başçısının yaradıcı insanlara göstərdiyi qayğının bariz nümunəsi kimi dəyərləndirib.
Sonra "Senemar" tamaşasına baxılıb. Maraqla izlənilən bu səhnə əsərində rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sucəddin Mirzəyev, artistlərdən Səyad Əliyev, Aynur Əhmədova, Emin Fərzullayev, Rauf Zeynalov və Amil İbrahimli ifa ediblər.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Kartlara tətbiq edilən limitlərlə bağlı açıqlama - Yenilənib
-
REDMI Note 17 Pro Max 5G yarış trekində - Hərəkətdə Titan gücü
-
Azad edilmiş ərazilərdə 93 mindən çox insan yaşayır
-
Məşhur DJ Calvin Harris bu gün Bakıda səhnəyə çıxacaq
-
İki rayonda qaz təchizatı dayandırılacaq
-
Telefonla danışmayın, ağacların altında dayanmayın - Əhaliyə xəbərdarlıq edildi
XƏBƏR LENTİ
-
Kartlara tətbiq edilən limitlərlə bağlı açıqlama - Yenilənib
-
Qazaxıstanda ölən hərbçilərin sayı 12-yə çatıb
-
“Sabah”ın matçına gedənlərin nəzərinə
-
"11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti Xalidə Quliyeva
-
Xocavənddə yanğın başlayıb - (Video)
-
Ceyhun Bayramov İƏT-i birgə fəaliyyətə çağırıb - (Foto)
-
Formula 1 Azərbaycan Qran-Prisinin ilk günü: İki sərbəst yürüş başa çatıb - (Foto)
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
-
Qazaxıstanda matəm elan edildi
-
"Birliyin Gücü – 2026” təlimində növbəti tapşırıqlar yerinə yetirilib - (Foto/Video)
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var
-
Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)
-
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat istefa verdi
-
Ceyhun Bayramov Albaniya XİN rəhbərinə Ermənistanla davam edən sülh prosesi barədə məlumat verib - (Foto)
-
Moskva prospektində 6 yeni dayanacaq pavilyonu quraşdırılır
-
AAF Formula 1 zamanı klassik avtomobillərin sərgisini keçirir - (Foto)
-
DİN "Formula 1" yarışı ilə əlaqədar əhaliyə müraciət edib - (Video)
-
Bakıda ikinci “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalı keçiriləcək - (Foto)
-
Bakıda övladlarından imtina edən kişi həbs olundu
-
Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər
-
REDMI Note 17 Pro Max 5G yarış trekində - Hərəkətdə Titan gücü
-
Azad edilmiş ərazilərdə 93 mindən çox insan yaşayır





