Bizi bizdən çox sevənlər uşaqlarımızı "ev dustağı"na döndərir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda evində və həyətində it saxlayanlar az deyil. Amma son ayların statistikası göstərir ki, ölkəmizdə sahibsiz itlərin sayı evlərdə bəslənənlərə nəzərən durmadan artır. Henri Şounun insanı onun özündən də çox sevən yeganə varlıq adlandırdığı itlər Adəm övladına qənim kəsliblər.
Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bir neçə gün öncə Şəkidə itin azyaşlını dişləməsi ilə bağlı xəbər yaymışdıq. Bu xəbər itdişləmə ilə bağlı mövcud problemi yenidən gündəmə atdı. Maraqlıdır, ötən il və bu ilin bir neçə ayı ərzində nə qədər belə hadisə baş verib? Ümumiyyətlə, sahibsiz itlərlə bağlı haraya müraciət edilməlidir? Sputnik Azərbaycan bunu araşdırmağa çalışdı.
Son günlər təkcə media vasitəsi ilə əldə olunan belə məlumatların sayı vəziyyətin ciddi olduğunu deməyə əsas verir. Şəkidə baş verən hadisə təkcə regionlarda deyil, elə paytaxt Bakıda da böyük narahatlığa səbəb olub. Bakının müxtəlif ərazilərində, xüsusən də yaşayış rayonlarının ətrafında sahibsiz itlərin dolaşması insanların canına vahimə salıb. Paytaxtın bir neçə ərazisi var ki, ora, demək olar ki, sahibsiz itlər üçün əsas məskənə çevrilib. Bakının Yeni Günəşli qəsəbəsini buna misal çəkmək olar. Qəsəbənin müxtəlif ərazilərində, eləcə də "Kərpic zavod" adlanan yerdə 5-6 addımdan bir dəstə-dəstə itlər görmək mümkündür. Qəsəbənin D massivində də bənzər mənzərə müşahidə olunur. Əlbəttə, yaşayış ərazisində belə bir durum uşaqlarla yanaşı, onların valideynlərini də qorxudur. Qəsəbə sakinlərinin bəziləri deyirlər ki, onlar məhz bu səbəbdən övladlarını küçəyə təkbaşına buraxa bilmirlər.
Bəs bu istiqamətdə hansı addımlar atılır?
Azərbaycanda sahibsiz heyvanlara qayğı mərkəzi olan İDEA İctimai Birliyinin "Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzindən Sputnik Azərbaycan-a verilən məlumata görə, rəsmi fəaliyyətə başladıqları gündən, yəni 2017-ci ildən etibarən 6 minədək sahibsiz küçə heyvanı - it, pişik peyvəndlənib. Sahibsiz itlərin daşınması və təcili tibbi yardım üçün avtomobillərlə təchiz olunan mərkəz həftə ərzində 50-dək iti qəbul etmə gücünə sahibdir.
Belə bir mərkəzin olmasına rəğmən, demək olar, hər həftə itdişləmə ilə bağlı aldığımız xəbərlər vəziyyətin heç də ürəkaçan olmadığını göstərir.
İlin əvvəlindən bəri sahibsiz itlərin hücumuna məruz qalanların sayını öyrənmək istədik. Sorğumuza cavab olaraq Dövlət Statistika Komitəsindən bildirdilər ki, onlar yalnız illik hesabatı təqdim edə bilərlər.
Səhiyyə Nazirliyinin bu ilin 3 ayı üçün açıqladığı məlumata istinad edərək qeyd olunan dövrdə 5 min nəfəri it dişlədiyini nəzərə alsaq, rəqəmlərin elə də az olmadığını görə bilərik. Nazirliyin məlumatına görə, ümumilikdə ötən il ərzində bu rəqəm 20 mindən çox olub.
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu ilin 6 ayı ərzində 239136 baş sahibli it quduzluğa qarşı peyvənd edilib. Baytarlıq Xidmətinin məlumatına görə, eyni zamanda 377 baş sahibsiz it də peyvənd edilib. Qurumun mətbuat xidmətindən verilən məlumatda həmçinin o da qeyd olunub ki, ötən ilin 12 ayı ərzində 244896 baş sahibli, 2520 baş sahibsiz it peyvənd edilib.
Mediada yayılan məlumatlara əsasən isə, təkcə bu ilin iyun ayında 20 belə hadisənin baş verdiyini qeyd edə bilərik.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - (Video)
-
İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - (Foto)
-
“Numizmatik irsdə təbiət izləri: Orta əsr sikkələrində fauna təsvirləri” adlı mühazirə keçirilib - (Foto)
-
Sabah leysan olacaq, çaylardan sel keçəcək
-
Yağışlar bu yolu bağladı - 8 kəndə gediş-gəliş çətinləşdi
-
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib - (Foto/Video)
XƏBƏR LENTİ
-
Bu cihaz onlarla soyuducu qədər elektrik "yeyir"
-
Qabıqlı qozun kiflənmə və acılaşmasının qarşısını alan 4 addım
-
Günün hadisələri yuxularda necə əks olunur - Araşdırma
-
Ben Afflekdən Şakira ilə sevgili olma iddialarına reaksiya
-
Dünyanın ən bahalı milli komanda məşqçiləri nə qədər qazanırlar?
-
Tramp vaxtilə Dianaya evlilik təklif edibmiş - (Foto)
-
Çin nəqliyyat vasitələrinin ixracı ilə bağlı qaydaları dəyişir
-
"Cavan nəsil məni tanımır" - Teymur Əmrah
-
Günün qoroskopu: Başqalarının sizi idarə etməsinə imkan verməyin
-
İtə qarşı zorakılıq edən şəxslə bağlı yeni detallar - Yenilənib
-
Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin (Fotosu)
-
Zlatan İbrahimoviç ad günündə özünə 7 milyonluq “Ferrari” aldı - (Foto)
-
Nadir Qafarzadə yaralı halda efirə gəldi - (Video)
-
Bu gün həlak olan azərbaycanlı kapitanın (Fotosu)
-
Bakıda məktəbin qarşısında qıza görə qətl törədildi - (Video)
-
Sabah Yasamalda işıq olmayacaq
-
Türkiyədə təyyarədə bomba xəbərdarlığı - sərnişinlər təxliyə olunub
-
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - (Foto)
-
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - (Video)
-
"Ukrayna dairəsi"ndə iki avtomobil toqquşdu - (Foto)
-
Şebnem Bozoklu 1 ilə 20 kiloqram arıqladı - (Foto)
-
Qara dənizdə vurulan gəmidə ölən Məhəmmədin (Fotosu)
-
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
-
Arvadını bıçaqlayıb könüllü polisə təslim oldu - (Video)





