Piyadaların canını alan “qıl körpüsü” - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ərazidə avtobus dayanacağı var, lakin bir dənə də olsa nə yeraltı, nə də yerüstü piyada keçidi nəzərdə tutulmayıb. Nəzərə alsaq ki, yolda maksimal sürət saatda 120 km-dir, deməli, burada piyadaların yolun bir hissəsindən digərinə keçməsi təhlükəlidir.
Millli.Az ARB TV-yə istinadən xəbər verir ki, buna baxmayaraq ərazidə şərait olmadığından piyadalar həyatlarını təhlükəyə ataraq yolun bir hissəsindən digərinə keçməli olur.
Sakin: "Dayanacaq qoyursansa, piyada keçidi də qoymalısan, buradan belə yoxdu piyada keçidi".
Sakin: "Uşaqlarımız dərsə gedəndə keçə bilmirlər buradan, bazara marketlərə gedə bilmirik".
Söhbət Bilgəh-Buzovna yolunun Buzovna qəsəbəsi ərazisindən keçən hissəsindən gedir. Başqa sözlə, piyadaların tez-tez avtomobillərə tuş gələrək faciəli şəkildə can verdikləri sürətli yoldan. Çəkiliş zamanı sözügedən magistralın bir başından, o biri başına qədər olan məsafədə bütün yaşananları olduğu kimi lentə almağa çalışdıq. Yolun əksər hissələrində, demək olar, eyni vəziyyət hökm sürürdü. Avtobusdan enərək magistralın əks tərəfinə keçmək istəyən insanların əlləri göydə, dilləri duada, gözləri yolda qalır.
Sakin: "Çox hadisələr olub,neçə nəfər adam ölüb, buradan keçəndə yaralanıb"
Sakin: "Mən aşağısı on ildir burada yaşayıram on ildir eyni vəziyyətdir, on ildə kim bilir neçə nəfər insanın canı keçib burada".
Ərazidə olduğumuz müddət bir maraqlı məqam da diqqətimizi çəkdi, deməli, magistral yolu iki hissəyə ayıran dəmir məhəccərlər sonradan piyadaların rahat keçməsi üçün kəsilib, lakin həmin hissədə avtomobillər üçün heç bir xəbərdaredici yol nişanı qoyulmayıb. Təbii ki, bu vəziyyət piyadaların həyatı təhlükəsini daha da artırır.
Əslində, bir piyada keçidi inşa edilir. Amma adamın "ərazidə" sözünü işlətməyə dili gəlmir. Çünki tikintisi aparılan bu keçidlə sakinlərin "qıl körpüsü" adlandırdığı yer arasında məsafə 2 km-dir. Amma belə yerlərin sayı bir deyil, iki deyil...
Mais Ağayev - BNA-nin mətbuat katibi: "Qeyd etdiyiniz ərazidə baxış keçiriləcək, təhlillər aparılacaq. Bizim üçün önəmli olan piyadaların təhlükəsizliyinin təmin olunmasıdır. Baxış keçiriləcək, əgər piyadaların təhlükəsizliyi baxımından orada içtimai nəqliyyatdan istifadə edən sərnişinlərin narahatlığını doğuran hər hansı bir məqam varsa, təbii ki, bu məqam da qısa müddətdə müvafiq tədbirlər görməklə aradan qaldırılacaqdır".
Mais Ağayev onu da bildirdi ki, hazırda Bakı şəhəri üzrə sözügedən problem ümumilikdə 41 yerdə mövcuddur. Artıq onlardan 19-nun həlli üçün təkliflər verilib və razılıq da əldə olunub. Yəni yaxın vaxtlarda həmin ərazilərdə piyadaların rahat hərəkətini təmin etmək üçün keçidlər inşa ediləcək. Hazırda inşası aparılan layihə tamamlandıqdan sonra mərhələli şəkildə qalan digər yerlərdə də problem həllini tapacaq.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
-
Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb
-
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək
-
Bakı-Tbilisi qatarlarında yenilik - 1 noyabrdan
XƏBƏR LENTİ
-
Günün qoroskopu: Sağlamlıq və maliyyə vəziyyətiniz sizin xeyrinizə olacaq
-
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi azaldıldı
-
31 yaşlı Şəhanənin qətlə yetirildiyi evdən görüntülər - şahidlər danışdı - (Video)
-
Masallıda dərs zamanı şagirdə nə olub? - (Video)
-
Mətanətin fərqli istedadı üzə çıxdı - (Video)
-
Aysel Bayramova vəzifəsini tərk etdi
-
Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - (Foto)
-
Sabah Suraxanıda işıq olmayacaq
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
Röya: “Baldır Yar” - (Foto/Video)
-
Əməliyyatdan sonra ölən 44 yaşlı kişi ilə bağlı açıqlama
-
ANAMA əməkdaşını Ağdərədə ilan vurdu
-
"Botoksdan sonra udquna, başımı qaldıra bilmirdim" - Nərgiz Mirbabayeva
-
"Fənərbaxça" Bakıya gəlib - (Foto/Video)
-
Corcun qardaşı da nişanlandı - (Video)





