Cəmiyyət

Rusiyalı alim Azərbaycanın neolit dövrü keramikasını tədqiq edir

20 İyun 2019 19:24
0 Şərh     Baxış: 1 215
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Dövlət Tarix Muzeyinin Arxeoloji abidələr şöbəsinin elmi əməkdaşı Natalya Petrova AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Arxeoloji fondunda saxlanılan neolit (e.ə. VI - V minillik) dövrünə aid keramika məmulatlarını tədqiq etmək üçün respublikamızda elmi ezamiyyətdədir.

Milli.Az Trend-ə istinadən bildirir ki, rusiyalı alimin apardığı tədqiqatın əsas məqsədi Yaxın Şərqin və Qafqazın neolit dövrü keramikasının hazırlanma texnologiyasının araşdırılması və Yaxın Şərq, Cənubi və Şimali Qafqaz neolit məskənlərindən aşkar edilən keramik məmulatlarının hazırlanma texnologiyaları arasında oxşar və fərqli cəhətlərin təyinidir. Rusiyalı mütəxəssis əsasən Azərbaycanın Göytəpə və Menteştəpə neolit dövrü məskənlərindən tapılan keramika nümunələrini tədqiqatlarına cəlb edib.

Qeyd edək ki, N.Petrova ezamiyyət zamanı Tovuz rayonundakı Göytəpə neolit dövrü məskənində elmi səfərdə olub. Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, t.ü.f.d. Fərhad Quliyevin rəhbərliyi altında arxeoloji ekspedisiya üzvləri rusiyalı tədqiqatçını əldə etdikləri elmi nəticələrlə tanış ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.