Cəmiyyət

Qax sakinini ilan sancdı, ölümdən döndü

3 İyun 2025 14:47
Baxış: 1 002
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

22 may 2025-ci il tarixində 20 yaşlı şəxs (kişi cinsli) ilan sancması səbəbi ilə Qax rayonundan kəskin ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalixasiya olunub.

Milli.Az xəbər verir ki, xəstəyə ilan zəhəri ilə zəhərlənmə, ekzotoksik şok diaqnozları qoyulub.

Dərhal zəruri müalicə prosedurları başladılıb, ilan zəhəri əleyhinə zərdab vurulub.

Həyat əlamətləri kifayət qədər aşağı olan xəstəyə Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov, həkim-toksikoloqlar İnarə Ağabalayeva və Lalə İsgəndərova tərəfindən intensiv müalicə tədbirləri görülüb. Nəticədə xəstənin səhhətində müsbət dinamika müşahidə edilib. Hazırda pasiyentin vəziyyəti stabildir və həyati təhlükəsi geridə qalıb.

Toksikologiya şöbəsində müalicəsi davam etdirilən pasiyentin yaxın günlərdə ambulator müalicə üçün evə buraxılması planlaşdırılır.

Asya
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.